“Azərbaycan
İncəsənət Festivalı”
davam edir
Layihənin daha bir sərgisi Lənkəranda
açılıb
“Baku Creative Center”in
təşkilatçılığı, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və “Nar
Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət
Festivalı”) layihəsi
davam edir.
Turne şəklində
Azərbaycanın bölgələrini
əhatə edən layihə çərçivəsində
növbəti sərgi
Lənkəran Dövlət
Rəsm Qalereyasında
açılıb. Mərasimdə “Azerbaijan Art
Festival-2014” layihəsi haqqında
məlumat verilib.
Bildirilib
ki, festivalın məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə ölkənin
digər şəhər
və rayonlarında sadə insanların incəsənətə dair
biliklərini və marağını artırmaq,
yaradıcı potensialı
olan istedadları üzə çıxarmaq,
onlara dəstək verməkdir. Lənkəran Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin əməkdaşı
İlqar Əzimov layihənin əhəmiyyətindən
söz açıb.
Sərgidə Lalə Ağayeva,
Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fəqanə Əliyeva, Vüsalə Ağarazıyeva,
Fəridə Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərli, Mehriban Şamsadinskaya və digər rəssamların əsərləri
nümayiş edilib.
İyulun 30-dək davam edəcək layihə üzrə indiyədək
Astara, Lerik,
Yardımlı rayonlarında da sərgilər
təşkil olunub. Layihənin əhatə
dairəsinə həmçinin Bərdə, Goranboy,
Gəncə, Şəmkir, Qazax və Ağstafa rayonları daxildir.
Regionlarda sərgilərlə
yanaşı, rəssamların ustad dərsləri
də keçirilir.
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 6.