Dövlət kitabxana
siyasətinə həsr olunmuş seminar
İyulun 9-da Azərbaycan AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycanda dövlət kitabxana siyasəti: nəzəriyyəsi və tarixi inkişaf ənənələri” mövzusunda növbəti elmi seminar keçirilib.
Tədbirdə kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova çıxış edərək seminarın mövzusunun aktuallığından söhbət açıb, bu sahədə kitabxanada aparılan elmi-tədqiqat işlərinin prioritet istiqamətlərindən bəhs edib.
Sonra kitabxanada tədqiqat aparan gənc mütəxəssislərdən Natiq Mürsəlovun “Azərbaycanda dövlət
kitabxana siyasəti: nəzəri əsasları
və prinsipləri” və Aytən Əliyevanın “Müstəqillik
illərində Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətinin
inkişaf dinamikası” mövzularında
məruzələri dinlənilib.
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 6.