Festivallar şəhərində
Azərbaycan günləri
davam edir
Xəbər verdiyimiz kimi, iyulun 8-də Fransanın Kann şəhərində
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Azərbaycan günlərinə start verilib.
“Azərbaycan - ənənələr və
gələcək ölkəsi”
şüarı altında
keçirilən və
iyulun 31-dək davam edəcək layihə çərçivəsində rəngarəng mədəniyyət
tədbirləri, təqdimatlar
nəzərdə tutulub.
Lacivərd sahildə caz-muğam
Azərbaycan günləri caz ifaçılarımızın konserti ilə başlayıb. Gecədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib. Konsertdə Azərbaycan cazının
tarixini və müasir improvizasiyalarını
əks etdirən kompozisiyalar təqdim olunub. Azərbaycan cazının müxtəlif
çalarları, həmçinin
caz-muğam tamaşaçılara
xoş anlar yaşadıb.
Qonaqlara Heydər Əliyev Fondunun ölkəmizin tarixini, milli və modern musiqi ənənələrini əks
etdirən nəşrlər
təqdim olunub. Azərbaycan günləri
çərçivəsində tamaşaçılar ölkəmizi
müxtəlif aspektlərdə
- tarixi, musiqisi, ədəbiyyatı, klassik
və modern incəsənəti
ilə birlikdə görmək imkanı əldə edəcəklər.
Bu tədbirlər çərçivəsində Azərbaycan bayraqları və banerləri ilə bəzədilən
Kann şəhəri yerli sakinlər və qonaqlara ölkəmizlə yaxından
tanışlıq imkanı
yaradıb.
“Bakı-Avropa
Oyunları-2015”in təqdimatı
İyulun 9-da Azərbaycan günləri
çərçivəsində “Bakı-Avropa Oyunları-2015”in təntənəli
təqdimatı olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Tədbirin aparıcısı ölkəmiz,
tarix və mədəniyyətimiz haqqında
iştirakçılara məlumat
verib. Bildirilib ki, Azərbaycan paytaxtı bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi
edəcək.
Kann şəhərinin
meri Devid Lisnard Xəzərin mirvarisi olan Bakı ilə Aralıq dənizinin mirvarisi olan Kann arasında dostluq əlaqələrinin
inkişaf etdiyini, artıq ikinci dəfə bu şəhərdə Azərbaycan
mədəniyyət günləri
təşkil olunduğunu
diqqətə çatdırıb. “Azərbaycan zəngin mədəni dəyərlərə
malikdir” - deyən mer əminliklə bildirib ki, ilk Avropa Oyunları Bakıda yüksək səviyyədə təşkil
olunacaq.
* * *
Azərbaycanın birinci xanımı, 2015-ci
ildə Bakıda keçiriləcək Avropa
Oyunlarının Təşkilat
Komitəsinin sədri
Mehriban Əliyeva mərasimdə çıxış
edib.
Göstərilən qonaqpərvərliyə,
tədbirlərin təşkilinə
edilən yardıma görə Kann şəhərinin merinə
təşəkkürünü bildirən Mehriban Əliyeva 2015-ci ildə Bakının ev
sahibliyi edəcəyi
Avropa Oyunları barədə məlumat verib: “Baxmayaraq ki, olimpiya hərəkatı
Avropada doğulub, bu vaxta qədər
Avropa Oyunları heç zaman keçirilməyib. Tarixə ilk Avropa
Oyunları kimi daxil olacaq yarışmaları
qəbul etmək, hazırlamaq və keçirmək Azərbaycan
üçün böyük
şərəfdir və
böyük məsuliyyətdir.
Bu gün Azərbaycan
dünyada idman məkanı kimi tanınır. Biz müstəqilliyimizi bərpa
etdikdən sonra olimpiya oyunlarında
1996-cı ildən iştirak
edirik və qısa bir zamanda
idmançılarımız böyük nailiyyətlər
əldə etmişlər.
Son yay olimpiadasında
Azərbaycan atletləri
on medal qazanmışlar və
bu nəticələrinə
görə Avropa ölkələri arasında
15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar. Ölkəmizdə idman infrastrukturunun
inkişafına böyük
diqqətlə yanaşılır
və son on ildə Azərbaycanda 50-dən çox
olimpiya mərkəzi inşa olunub. Ölkəmiz beynəlxalq idman
tədbirlərinin keçirilməsində
böyük təcrübə
əldə edib.
Bakıda idmanın müxtəlif
növləri üzrə
- Avropa və dünya çempionatları
keçirilib. Məhz bütün
bu faktları - idmançılarımızın nailiyyətlərini, mövcud
idman infrastrukturunu, dövlət tərəfindən
idmana güclü dəstəyi və əlbəttə, ölkəmizin
ümumi sürətlə
inkişafını nəzərə
alaraq Avropa Olimpiya Komitəsi bu oyunları Azərbaycanda keçirməyə
qərar vermişdir”.
“Olimpiya hərəkatı insanları,
xalqları bir araya gətirir, dostluq yaradır”
Qeyd olunub ki, Avropa
Oyunlarına hazırlıq
üçün cəmi
iki il
yarım vaxt ayrılsa da, Azərbaycan bu tədbiri Yay Olimpiya Oyunları səviyyəsində keçirmək
əzmindədir: “Fürsətdən
istifadə edərək
sizi ölkəmizə
dəvət edirəm.
Ümidvaram ki, birinci Avropa Oyunları zamanı ölkəmizin qonağı
olaraq, siz həm də Azərbaycanın tarixi, mədəniyyəti, Şərqlə
Qərbi birləşdirən
memarlıq abidələri
və ənənələri
ilə də tanış ola bilərsiniz. Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından
dünya mərkəzlərindən
birinə çevrilib.
Əsrlər boyu ölkəmizdə
müxtəlif xalqların
və dinlərin təmsilçiləri dostluq,
qarşılıqlı etimad
və sülh şəraitində rahat yaşayır, fəaliyyət
göstərirlər. Bu
gün də öz ənənələrimizi,
köklərimizi və
tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə
böyük hörmətlə
yanaşırıq”.
“Bakı-2015”
Avropa Oyunlarının
Avropanın müxtəlif
şəhərlərində təqdimatının ilk olaraq
Fransada, Kannda keçirildiyini deyən Mehriban Əliyeva bunun təsadüfi olmadığını vurğulayıb:
“Bir il bundan
əvvəl, yəqin
ki, siz xatırlayırsınız,
Kannda Azərbaycan mədəniyyəti günləri
keçirildi və çox böyük maraqla qarşılandı.
Azərbaycanın və Fransanın
şəhərləri arasında
qardaşlaşmaya dair
sazişlər imzalanır
və mən ümidvaram ki, gələcəkdə Kannla
Azərbaycanın bir şəhəri arasında
bu ənənə davam etdiriləcək.
Onu da xatırlatmaq istərdim ki, 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu, yazıçısı baron Pyer
Kubertenin səyləri
nəticəsində olimpiya
hərəkatı bərpa
olunmuşdur. O vaxtdan
etibarən olimpiya hərəkatının təcrübəsi
insanları, xalqları,
dövlətləri bir
araya gətirir, dostluq yaradır. Ümidvaram ki, Azərbaycanda keçiriləcək ilk Avropa
Oyunları bu dəyərlərin möhkəmlənməsinə
öz layiqli töhfəsini verəcəkdir”.
* * *
Mərasimdə “Bakı - 2015” Avropa Oyunlarına həsr olunan video təqdimat olub. Ötən dövrdə görülən
işlər, tikilən
idman obyektləri barədə geniş məlumat verilib.
Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini
böyük hadisə
adlandırıb, görülən
hazırlıq işlərini
yüksək qiymətləndirib.
Sonra “Bakı-2015”in təqdimatı münasibətilə
ziyafət verilib. Azərbaycan incəsənət
ustaları mərasimdə
konsert proqramı ilə çıxış
ediblər.
Sonda Kann şəhərinin məşhur Kruazett bulvarında atəşfəşanlıq olub, Azərbaycanın dövlət himni səslənib. Atəşfəşanlıq Azərbaycan bəstəkarlarının musiqisi ilə müşayiət olunub.
Beləliklə, gələn il
Bakıda keçiriləcək birinci Avropa Oyunlarının ölkədən kənarda
ilk təqdimatı yüksək səviyyədə
gerçəkləşib. Bu bir daha təsdiqləyir ki, paytaxtımızın ev
sahibliyi edəcəyi beynəlxalq idman tədbirinə dünyada,
xüsusilə də Avropada böyük maraq var və 2015-ci ilin
yayında Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
olacaq.
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 8.