Stalinin rəğbətini qazanan və qaraçı arvadı kimi məşhurlaşan aktrisa
Kinodan getmək istəyərkən “Kuban
kazakları” filmi ilə həyatı dəyişən,
sağlığında heykəli qoyulan, Stalin mükafatı laureatı, SSRİ-nin Xalq artisti Klara Luçko
bu gün orta və yaşlı nəsil
tamaşaçıların yadında daha
çox məşhur “Qaraçı”
telefilmində oynadığı rol
(Budulayın həyat yoldaşı) ilə qalıb.
Klara Luçko 1925-ci il
iyulun 1-də Ukraynanın
Çutove rayonunda anadan olub. Atası Stepan
Luçko və anası Anna İvanovna kənd təsərrüfatında
rəhbər vəzifələrdə
(sovxoz direktoru və kolxoz sədri) işləyiblər.
Anası
eyni zamanda səyyar teatrda işləyib, kilsə xorunda oxuyub. Valideynləri inqilabçı Klara Setkinin şərəfinə qızlarına
bu adı vermişdilər. Ata-anası
işlə əlaqədar
evdə az
olduqlarından Klara demək olar ki, nənəsinin yanında böyüyüb.
Sakit və heç kəsə qaynayıb-qarışmayan Klara
çoxlu kitab oxuyub, gündəlik yazıb, teatr və kinonu isə çox sevib. Nənəsinin mehribanlığı və yumor hissi
onun həyatını
gözəlləşdirib. Sonra atası Pedaqoji İnstituta qəbul olunduğuna görə onların ailəsi Poltavaya köçüb.
Klara orta məktəbə orada gedib. Hündürboy olduğundan uşaqlar
onu “zürafə” deyərək çağırsalar
da, o, buna heç əhəmiyyət
də verməyib.
1941-ci ildə Klara
7-ci sinfi bitirəndə
Böyük Vətən
müharibəsi başlayır
və ailələri Qazaxıstanın Cambul şəhərinə evakuasiya
olunur. Klara orada orta məktəbi bitirir.
Uşaqlıqdan aktrisa olmaq istəyən Klara məktəbdə oxuyarkən
teatr dərnəyinə
yazılır. Valideynləri isə onu aktrisa
yox, həkim və ya hüquqşünas
görmək istəyirdi.
Amma o, yolundan dönmür.
Onun istəyinə qarşı
çıxan anası
sonradan qızının
əzmkarlığını görüb onunla razılaşır.
Beləliklə, orta məktəbi qurtarandan sonra o, sənədlərini Moskvadakı
Kinematoqrafiya İnstitutuna
verir və qəbul olunur. 1948-ci ildə rejissor Sergey Gerasimovun “Gənc qvardiya” filmində Marina xala roluna çəkilir.
Bu rolu məharətlə
oynadığına görə
müəllimlərinin də
rəğbətini qazanır.
Bundan sonra o, “Üç görüş” və “Kapitanın vətəni” filmlərinə çəkilsə
də, bu ekran əsərləri elə də uğurlu alınmır.
Hətta
aktrisa buna görə kinodan getmək istəyir.
Lakin 1949-cu ildə
onun həyatı birdən-birə dəyişir. Rejissor İvan
Pıryev Klaranı “Şən yarmarka” filminə dəvət edir. O, Sosialist Əməyi Qəhrəmanı
Darya Şelest roluna çəkilir. Tərəf-müqabili isə gələcək
həyat yoldaşı
Sergey Lukyanov olur.
Film hazır olandan
sonra Sovet İttifaqının rəhbəri
Stalin ona baxır və filmi də,
Klaranın rolunu da bəyənir. Lakin ekran əsərinin adını dəyişib
“Kuban kazakları” edir.
Klara Luçko isə Dövlət mükafatına
layiq görülür
və ittifaq miqyaslı kino ulduzuna çevrilir. Hətta Kurqansk vilayətində aktrisanın heykəli də qoyulur.
Film ekranlara çıxandan bir il sonra Klara Luçko
və Sergey Lukyanov ailə həyatı qururlar. 1952-ci ildə
birgə “Vasili Bortnikovun qayıdışı”
filminə çəkilirlər.
Aktrisa hətta bu filmlə
Kann kinofestivalında da iştirak edir. 1957-ci ildə
onların Oksana adında qızları dünyaya gəlir. Cütlük 15 il
birgə xoşbəxt
ömür sürür.
1965-ci ildə Sergey infarktdan vəfat edir.
Aktrisa
“On ikinci gecə”, “Qırmızı yarpaqlar”,
“Qar nağılı”
və s. filmlərdə
də maraqlı rollar oynayıb. 1969-cu ildə Klara yazıçı və jurnalist Dmitri Mamleyevlə tanış olur. Bir müddətdən sonra aktrisa ikinci
dəfə ailə həyatı qurur.
1979-cu ildə Klara
Luçko rejissor Aleksandr Blankın “Qaraçı” telefilmində
Klavdiya Puxlyakova roluna çəkilir. Hətta romanın
müəllifi Anatoli
Kalinin özü aktrisanı
bu rola layiq
görür. Baxmayaraq ki,
aktrisanın 54 yaşı
vardı, filmdə oynayacağı qəhrəman
isə 40 yaşında
idi. Uzun müddət filmdə
baş rola - qaraçı Budulay Romanovun roluna aktyor tapa bilmirlər.
Klara Luçko isə onlara vaxtilə 1977-ci ildə birlikdə çəkildiyi moldavan aktyoru Mixay Volontiri
təklif edir. Beləliklə, film çəkilir və böyük uğur qazanır. Klara Luçkonun köhnə şöhrəti yenidən
qayıdır. Aktrisa 1990-cı illərin ortalarına qədər filmlərə
çəkilsə də,
sonra uzun müddət kinodan ayrılır. Yalnız 75 yaşında
rejissor Yuli Qusmanın “Sovet dövrünün parkı”
filminə çəkilir.
Aktrisa 2005-ci il
martın 26-da, 79 yaşında
dünyasını dəyişib.
2010-cu ildə onun haqqında “Gecikmiş məhəbbət”
sənədli filmi çəkilib.
Səbinə
Əlibalaqızı
Mədəniyyət.- 2014.- 11 iyul.-
S. 13.