Professor Vaqif Arzumanlı dünyasını dəyişib

 

Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı 2014-cü il iyulun 9-da dünyasını dəyişib.

Vaqif Arzumanlı 1947-ci il martın 5-də Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun (Moskva) Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləyib. Alim 1991-2002-ci illərdə akademiyanın Milli Münasibətlər İnstitutunun direktoru olub. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktorunun beynəlxalq əlaqələr üzrə müşaviri idi.

Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə Qərbi Avropa ədəbi-nəzəri fikri s. kitabların müəllifidir.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2014.- 11 iyul.- S. 13.