Fransanın milli bayramı
qeyd olunub
İyulun 14-də Fransanın Azərbaycandakı
səfirliyi bu ölkənin milli bayramı - Bastiliyanın alınması günü
münasibətilə rəsmi
qəbul təşkil
etdi.
Mərasimdə çıxış edən
Fransanın Bakı böyükelçisi Paskal
Mönye ölkəsinin
keçdiyi inkişaf
yolundan, Azərbaycanla
ikitərəfli əlaqələrindən
danışdı. Ölkələrimiz arasında siyasi, iqtisadi münasibətlərin,
habelə elm, təhsil
və mədəniyyət
sahəsində əməkdaşlığın
bundan sonra da genişlənəcəyinə
əminliyini bildirdi.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əlamətdar gün münasibətilə Azərbaycan
Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına sülh və firavanlıq arzularını
çatdırdı. İki ölkə
arasında əlaqələrin
dərin tarixi kökləri olduğunu deyən komitə sədri bu əməkdaşlığın
inkişafı üçün
geniş hüquqi baza yaradıldığını
qeyd etdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu əlaqələrin inkişafında
böyük xidmətlərini
diqqətə çatdıran
komitə sədri bildirdi ki, bu
günlərdə Fondun
təşkilatçılığı ilə Kann şəhərində
Azərbaycan mədəniyyəti
günlərinin keçirilməsi
buna əyani sübutdur.
Tədbir ziyafət və konsert mərasimi ilə davam etdi.
Mehparə
Mədəniyyət. - 2014.- 16
iyul.- S. 4.