Xanım Abdulqafar
qızı Qafarova
Azərbaycan teatr sənətinə itki üz vermişdir. İstedadlı aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Xanım Abdulqafar qızı Qafarova 2014-cü il iyul ayının 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
X.Qafarova
9 may 1967-ci ildə Bakıda
anadan olmuşdur. Bir müddət Xalq artisti L.Məmmədbəyovun
xalq teatrında məşğul olmuş,
«Bahar suları» əsərində Turac, «Kişilər»də Səmayə,
«Aydın»da Gültəkin,
«Oqtay Eloğlu»nda Firəngiz, «Yad qızı»nda Nazan və başqa tamaşalarda əsas rolları oynamışdır.
1987-ci ildə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş, ikinci kursda oxuyarkən Xalq artisti Hacıbaba
Bağırovun rəhbərlik
etdiyi «Tənqid-Təbliğ»
teatrında işləməyə
başlamışdır. Bu teatr Xanım Qafarovanın yaradıcılıq
həyatında böyük
əhəmiyyət kəsb
etmiş, gənc aktrisa mürəkkəb xarakterli obrazların ifaçısı kimi püxtələşmişdir. Burada o, R.Əhmədzadənin
«92-dəqiqə gülüş» tamaşasında Balaxanım,
«Hələlik»də Nisəxanım,
Qənirə və Qoca arvad rollarını,
V.Səmədoğlunun «Uca
dağ başında»
əsərində Şənbə
xanım və Süpürgəçi qadın
obrazlarını uğurla
ifa etmişdir.
1996-cı ildə X.Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır. Teatrın səhnəsində Ü.Hacıbəylinin «O olmasın, bu olsun» operettasında Gülnaz, “Arşın mal alan”da Xala, E.Sabitoğlu və C.Məmmədovun «On min dollarlıq keyf» əsərində Bağdagül, E.Sabitoğlu və X.Hasilovanın «Nəğməli könül» tamaşasında Könül, S.Ələsgərov, İ.Məlikzadənin «Hərənin öz ulduzu» komediyasında Məleykə, S.Fərəcov, Ə.Əmirlinin «Səhnədə məhəbbət» operettasında Röya, E.Sabitoğlu, T.Vəliyevanın «Bankir adaxlı»sında Məleykə, R.Hacıyevin «Talelər qovuşanda» əsərində Sona, V.Adığözəlov və Anarın «Aldın payını, çağır dayını» komediyasında Xəbərçi Xədicə, O.Rəcəbov, A.Babyevin «Şeytanın yubileyi»ndə Xəyalə, R.Mirişli, M.Haqverdiyevin “Qısqanc ürəklər”ində Leyla, Natella, “Amerikalı kürəkən”də Tünzalə və s. yaddaqalan obrazlar yaratmışdır.
Səhnə uğurlarına görə X.Qafarova 2000-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısı idi.
Xanım Qafarovanın əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan
Dövlət Musiqili Teatrının kollektivi
Mədəniyyət.- 2014.- 16 iyul.-
S. 6.