Konqreslər Bürosu Azərbaycanın biznes turizmi imkanlarını təbliğ edir

 

Qurum İstanbulda «M&I» Avropa baharı forumunda iştirak edib

 

İyulun 10-da Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu rəhbər komitəsinin ikinci iclası keçirilib.

Mədəniyyət turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə «Hilton Baku» mehmanxanasında keçirilən iclasda quruma üzv olan mehmanxana turizm fəaliyyəti ilə məşğul olan şirkət rəhbərləri bir araya gəlib.

İclasda son altı ay ərzində büro tərəfindən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE turizm istiqaməti (biznes turizmi) kimi təşviqi, beynəlxalq tədbirlərdə iştirak s. məsələlər müzakirə olunub, həmçinin ilin ikinci yarısı üçün tədbir planlar nəzərdən keçirilib.

Bildirilib ki, büro 9-13 noyabr tarixində Berlində keçiriləcək M&I Rusiya Şərqi Avropa Forumunda, həmçinin noyabr ayında Barselonada rusiyalı alıcılara yönəlmiş işgüzar tədbirdə iştirak edəcək. Barselonadakı tədbir EIBTM - biznes turizmi sahəsində konfrans, seminar görüşlərin təşkili üzrə ixtisaslaşmış forum çərçivəsində keçiriləcək. Büro müxtəlif ölkələrdən Azərbaycana Azərbaycandan xarici ölkələrə tanışlıq səfərlərinin təşkilini davam etdirəcək. Payız aylarında Moskvada B2B MİCE tədbirinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Konqreslər Bürosu iyulun əvvəlində İstanbulda keçirilən «M&I» Avropa baharı forumunda iştirak edib. «M&I» biznes turizmində dünyanın ən böyük platformasıdır müxtəlif hədəf bazarları üçün ildə altı forum təşkil edir.

Avropanın biznes turizm bazarının ən nüfuzlu aparıcı üzvlərini bir araya gətirən “M&I” Avropa baharı forumunda Azərbaycan Konqreslər Bürosu tərəfdaşı «Pik Palace Hotel-Shahdag» ilə birgə ölkəmizi təmsil edib. Forum iştirakçıları büronun fəaliyyətinə Azərbaycana böyük maraq göstəriblər. Tədbir çərçivəsində Azərbaycan Konqreslər Bürosu 50-dən çox görüş keçirib. Ölkəmizin turizm bazarına ən çox Böyük Britaniya, Rusiya Almaniya maraq göstərir.

Azərbaycanla əməkdaşlıqda ölkənin biznes turizminə sərmayə qoymaqda maraqlı olan digər ölkələr sırasında Fransa, İspaniya, İtaliya, Polşa, İsveçrə, Macarıstan, Bolqarıstan, İsveç, Danimarka, Belçika var.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 16 iyul.- S. 9.