Aktyor yaradıcılığı
haqqında düşüncələr
Görkəmli teatrşünas alim Cəfər
Cəfərov yazırdı ki, teatr ilk növbədə aktyor deməkdir. Teatr sintetik sənətdir, sənətlər birliyidir, lakin sonda tamaşaçı ilə üzbəüz
qalan aktyordur. Daha sonra Cəfər Cəfərov
yazırdı ki, aktyor
yaradıcı qüvvədir: “Yazıçı (dramaturq), bəstəkar və rəssam kimi aktyor da
fərdi xüsusiyyətlərə malik olan bir
yaradıcıdır. Onun da
özünə görə fikir və obraz aləmi vardır”.
Tamamilə dəqiq ifadə olunmuş fikirdir. Aktyor kağız üzərində olan dramaturji obrazı özünə köçürərək, səhnədə təqdim edir. Aktyor həm rəssam, həm də əsərin çəkildiyi kətandır.
Cəfər Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram
Teatrının aktyoru Əjdər Zeynalovun yaradıcılığını xeyli vaxtdır ki, izləyirəm.
Onun haqqında yazmaq üçün çoxdan
idi ki, tutarlı səbəb
axtarırdım. Axır ki, səbəb
özü-özünə tapıldı. İyul
ayının 4-də Əjdərin 50 yaşı tamam oldu. Bundan da gözəl səbəb olar?
Zaman necə
də s2rətlə axır. Sanki dünən teatr aləminə qədəm
basan gənc idi, artıq 50 yaşını tamamlayıb.
Qüssələnməyə dəyməz. Deyirlər,
50 yaş gəncliyin qocalığı 60 yaş
isə, qocalığın
gəncliyidir. Deməli, hələ
yaşamağa-yaratmağa vaxt
var.
Onu tanıyanlar
tanıyır. Tanımayanlar üçün avtobioqrafik məlumata müraciət edək.
Əjdər Mehdi oğlu Zeynalov 1964-cü il iyulun
4-də qədim Azərbaycanımızın
İrəvan mahalının
Zəngibasar rayonunun Qaraqışlaq kəndində
dünyaya göz açıb. Orta məktəbdə oxuduğu illərdə onda ecazkar teatr
sənətinə sonsuz
maraq oyanıb və o, dram dərnəyinə
yazılıb. Dərnəkdəki
fəaliyyəti Cəfər
Cabbarlı adına
İrəvan Azərbaycan
Dram Teatrının rəhbərliyinin
diqqətini cəlb edir və o, gənc kadr kimi teatra dəvət
olunur. Əjdərin fəaliyyəti diqqətdən
kənarda qalmır və o, 1982-ci ildə teatrın direktoru, yazıçı-dramaturq Hidayət
Orucovun təşəbbüs
və təqdimatı
ilə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinə ali təhsil almağa göndərilir. Əjdər
Bakıda ali
təhsil aldığı
illərdə doğma
teatrla əlaqəni kəsmir. 1988-ci ildə ali təhsilini
başa vurub teatra qayıdır, lakin elə həmin il İrəvan
Azərbaycan teatrının
qaçqınlıq həyatı
başlayır. Əjdər artıq
26 ildir ki, bu teatrın aktyorudur və bununla fəxr edir.
Bu illər ərzində
Əjdər Zeynalov həm teatrda, həm də kinoda maraqlı, fərqli obrazlar dünyası yaradıb. İş elə
gətirib ki, mən bu obrazların
müəyyən hissəsini
seyr etmişəm.
Söz yox ki, aktyor
üçün xarici
görünüş vacibdir.
Çünki tamaşaçı
ilkin olaraq aktyorun xarici görünüşünü seyr edir, lakin
daxili aləm olmasa, tək xarici görünüşlə
iş aşmaz. Aktyorun daxili aləmi xarici aləmini tamamlayırsa, o zaman təqdim olunan obrazın təsviri və təsiri daha mükəmməl və inandırıcı
olar.
Əjdərin obrazlarını yada salmağa çalışıram.
İsi Məlikzadənin “Gəl,
qohum olaq” Ədalət, Nazim Hikmətin “Şöhrət
və ya unudulan adam”
əsərində Kişi
obrazlarında Əjdər
tam fərqli cizgilərdən
istifadə edir. Hər iki obraz həyatiliyi
və əsası da səmimiliyi ilə tamaşaçı
qəlbinə yol tapır. Nodar Dumbadzenin “Ağ
bayraqlar” əsərində
Zabit, J.B.Molyerin “Zorən təbib” əsərində Luka obrazları
da tamaşaçını
düşündürməyə layiq obrazlardır.
Karlo Qoldoninin
“Məzəli hadisə”sində
nökər, Anarın
“Adamın adamı” əsərində Fənd
Fərəc tam fərqli
dünyaların adamlarıdırlar. Onların hər
ikisini birləşdirən
yeganə xətt hər ikisinin fırıldağa olan meylliyidir. Fənd Fərəc hər
zaman düşdüyü
çıxılmaz vəziyyətlərdən
qurtulur. Onun xarici
görünüşü obrazın
daxili dünyası ilə səsləşən
hərəkət mizan
toplusu, üz cizgiləri, səs intonasiyası tamlıqda bir-biri ilə vəhdət təşkil
edir.
Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq,
yağmura düşdük”
əsərində Molla
Səfi, Üzeyir Hacıbəylinin “O olmasın,
bu olsun” komediyasında Həsən
bəy obrazları milli klassikanın ölməz nümunələridir. Günümüzə qədər bu iki obrazın saysız-hesabsız ifa nümunələri var. Əjdər
bu obrazlarda da seçilib, fərqlənə bilib.
Sonrakı illərdə Əjdər
Hidayətin “Vətəndən
ağırdır vətənin
yükü” əsərində
Katib, Tofiq Əl-Hakiminin “Hərraca qoyulmuş sultan”əsərində
Vəzir, Mirzə Fətəli Axundzadənin
“Mürafiə vəkilləri”ində
Ağa Mərdan, Zəlimxan Yaqubun “Didərginlər”ində Qaçqın,
Zehni Papaqçının
“Soyqırımı abidəsinin
dastanı” əsərində
Türk zabiti, İnqilab Vəlizadənin
“Abbasqulu bəy Şadlinski” əsərində
Abbasqulu bəy, İlyas Əfəndiyevin
“Mahnı dağlarda qaldı” pyesində Qara, Akademik Milli Dram Teatrının səhnəsində Elçinin
“Sənətkarın taleyi”
əsərində Qubernator
və daha neçə-neçə obrazları
tamaşaçılara sevdirə
bilib. Onun obrazları heç
vaxt bir-birinə bənzəmir. O, obrazlarında
xarici, həm də daxili dünyaların vəhdətinə
nail ola bilir.
Onun obrazları ən kiçik ştrixlərə
qədər dəqiqdir.
İnana bilmirsən ki, bütün bu fərqli obrazlar dünyasını
yaradan eyni adam, eyni
aktyordur. Əjdərin başqalaşmaq, dəyişmək bacarığına
bir çox aktyorlar həsəd apara bilər. Əjdər obrazın iç dünyasını
duyaraq, sanki əvvəl öz xaricinə, sonra isə tədricən daxilinə köçürür.
Əjdər teatrda fərqləndiyi kimi kinoda da
maraqlı obrazlar yaradıb. “Köpək”, “Qəzəlxan”, “Sovqat”, “Qisas almadan ölmə”,
“Dolu”, “İtirilmiş
həqiqət” kinofilmlərində
yaddaqalan obrazlar yaradan aktyor Əjdər Zeynalov ekranda fərqli görüntü və ifadəli üz cizgilərinə, mənalı
baxışlara nail ola bilir.
Biz dedik ki, aktyor üçün xarici görünüş,
faktura, üz cizgiləri vacibdir, kinoda isə bu daha çox
vacibdir. Çünki teatr səhnəsindən
fərqli olaraq, ekranda aktyor bütövlükdə, həm
də yaxından tamaşaçı qarşındadır.
Onun üzü, gözlərinin ifadəsi
obrazın iç dünyasını tamaşaçı
üçün açmalıdır,
əks-təqdirdə tamaşaçı
obrazın həyatiliyinə
inanmaz. Bu baxımdan
Əjdərin teleseriallarda
oynadığı rollar
da diqqətəlayiqdir.
“Sirr”də Müstəntiq,
“Muradıma çatan
günəş”də həbsxana
Aslan, “Həyat çiçəyi”ndə Vəkil,
“Ləkə”də Şirkət
sahibi, “Çaqqal nəfəsi”ndə Polis zabiti
və s. obrazları həm ifa baxımdan,
həm də fikir yükü ilə diqqət çəkir.
Əjdər Zeynalov haqqında, onun teatr və
kino obrazları haqqında düşündüklərimizi
qısa da olsa diqqətə çatdırdıq. Onu 50 illik yubileyi
münasibətilə təbrik
edir, yeni-yeni səhnə və ekran uğurları arzulayırıq.
Çingiz Ələsgərli,
Teatrşünas
Mədəniyyət.- 2014.- 16 iyul.-
S. 12.