Montrö Caz Festivalında Azərbaycan günü

 

İncəsənət ustalarımızın möhtəşəm çıxışları festivalın tarixinə unudulmaz möhür vurub

 

Xəbər verdiyimiz kimi, İsveçrənin Montrö şəhərində ənənəvi beynəlxalq caz festivalı keçirilir. Bu il 48-ci dəfə gerçəkləşən dünyanın ən məşhur virtuoz ifaçılarını bir araya gətirən musiqi bayramında Azərbaycan yenə geniş şəkildə təmsil olunur. Üç ildir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) festivalın rəsmi tərəfdaşlarındandır.

 

İyulun 6-da festivalda Xalq artisti, dünya şöhrətli muğam ifaçımız Alim Qasımovun konserti böyük maraqla qarşılanmışdı.

İyulun 16-nı isə festivalın Azərbaycan günü adlandırmaq olar. Həmin gün incəsənət ustalarımız möhtəşəm çıxışları ilə tarix yazıblar.

İlk çıxış Əməkdar artist Natiq Şirinovun rəhbərliyi iləNatiq ritmqrupunun ustad dərsi ilə başlanıb. Azərbaycan nağarasının tarixindən söhbət açan N.Şirinov daha sonra milli ritmlərimizlə yanaşı, müxtəlif xalqların ritmlərini yüksək peşəkarlıq, özünəməxsus üslubla ifa edərək tamaşaçıların gurultulu alqışlarını qazanıb.

Montrö Caz Festivalının 48 illik tarixində ilk dəfə çıxış edən, dünya fank musiqisinin canlı əfsanəsi, ən yaxşı alt saksofon ifaçılarından sayılan Meseo Parkerin səhnəyə gəlişi əsl bayram əhval-ruhiyyəsi yaradıb. Uzun illər ərzində festivalın bütün dəvətlərini cavabsız qoyan ulduz məhz Azərbaycanın ARDNŞ-in dəvətini məmnuniyyətlə qəbul edib. Dünya şöhrətli musiqiçi ölkəmizin ən tanınmış qruplarından olan, Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyiRastilə bir səhnəni bölüşüb.

Buna görə festivalın təşkilatçıları səhnədə Azərbaycana ayrıca təşəkkürlərini bildiriblər. Ceyms Braundan Corc Klintona qədər dünyanın demək olar ki, bütün fank əfsanələri ilə işləyən MeseoRastilə birlikdə Cahangir CahangirovunBana-bana gəl”, Rey Çarlzın “Hit the road jack” braziliyalı gitaraçı Jorji Ben Joromun məşhurMas que nada” mahnılarını ifa edib.

Milli musiqi alətimiz olan balabanı xüsusi sevgi ilə təqdim edən, bu alətə vurulan M.Parker konsertin sonunda öz orkestri ilə birgə Coşqun Sadıqovun ifasında onun yenidən səslənməsini xahiş edib. Təşkilatçıların bildirdiyinə görə, Meseo Parker Rastqrupunun konserti festivalın tarixində açıq havada rekord sayda tamaşaçı yığıb.

Günün sonuncu möhtəşəm sayılacaq konserti isəNatiq ritmqrupunun çıxışı olub. Qısa müddətdə tamaşaçıları ələ alan Natiq Şirinov onlara Azərbaycan dili dərsi keçib. ÖzününRitm varsa, həyat varkəlmələrini təkrarlatdıran Natiq qrupu virtuoz ifası ilə 5 min tamaşaçını öz ritmləri ilə idarə edib. Tamaşaçılar qrupumuzu sürəkli alqışlarla, səslənən hər yeni ritmi emosiyalarla qarşılayıblar.

Ritmik nömrələrin birinin ifası zamanı heç kimin gözləmədiyi halda Meseo Parker səhnəyə daxil olaraq Natiqə yaxınlaşıb rəqs etməyə başlayıb. Hadisəni düzgün qiymətləndirən Natiq ifa etdiyi nağaranı M.Parkerə verərək onu öz yerinə dəvət edib. Burada şounun ən maraqlı anları yaşanıb. Natiq Şirinovun qrupunun möhtəşəm müşayiəti nəticəsində dünya fank musiqisinin canlı əfsanəsi Azərbaycan nağarasında ifa etməyə başlayıb.

Çıxış başa çatdıqdan sonra qrup dahi Müslüm MaqomayevinAzərbaycanmahnısının ifa edib. İnstrumental ifa edilən mahnının nəzərdə tutulmuş yerlərində qrup üzvləriAzərbaycanifadəsini birgə oxuyublar. 5 min tamaşaçı da onlarla birlikdə “Azərbaycan” deyib.

Yalnız əcnəbi ulduzların konsertlərində görülən bu görüntülər həqiqətən qürur doğurur. Konsertin sonunda isə xalq mahnımız “Sarı gəlin” səslənib.

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 2.