"Mədəniyyətlərarası
körpülərin qurulması"
Varşavada Azərbaycanla bağlı fotosərgi
və konfrans təşkil edilib
Polşanın "Təhsil və İnkişaf üzrə Avropa Fondu" Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Mədəniyyətlərarası körpülərin qurulması" adlı layihə həyata keçirir. Layihə çərçivəsində iyulun 13-də Varşavanın Mito qalereyasında Azərbaycanla bağlı fotosərgi və konfrans təşkil edilib. Sərgidə yer alan fotolar Azərbaycanın bugünkü inkişafı, mədəniyyəti əksini tapıb. Tədbirlərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Layihənin məqsədi Azərbaycan
və Polşa mədəniyyətlərinin
qarşılıqlı əlaqələrini təbliğ etmək,
xalqımızın qədim tarixi, zəngin
mədəniyyəti, müasir
inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Polşa ictimaiyyətinə obyektiv
və dolğun informasiya
çatdırmaqdır. Layihəyə uyğun olaraq "Təhsil
və İnkişaf üzrə Avropa Fondu"nun jurnalistlərdən və fotoqraflardan
ibarət heyəti bu ilin
aprelində ölkəmizə səfər edərək
müxtəlif bölgələrdə yerləşən
muzeylərdə, mədəniyyət mərkəzlərində,
tarixi-mədəni abidələrdə, qaçqın və
məcburi köçkün qəsəbələrində
və turizm ərazilərində çəkilişlər
aparıblar.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 3.