Turizm və ziyarət üzrə
beynəlxalq konqres keçiriləcək
Sentyabrın 18-dən 20-dək Dünya Turizm Təşkilatının, İspaniyanın Sənaye, Enerji və Turizm Nazirliyinin və Qalisiya regional hökumətinin birgə təşkilatçılığı ilə Santyaqo-de-Kompostelada turizm və ziyarət üzrə I beynəlxalq konqres keçiriləcək. Konqresin məqsədi ziyarət yollarının tarixi və mədəni irsinin dini və dünyəvi aspektinə diqqət yetirməklə onların turizm üçün əhəmiyyətini işıqlandırmaqdır.
Tədbirdə irsi
varlığın qorunmasında və saxlanmasında turizm siyasəti və strategiyası müzakirə
ediləcək. Ziyarətin davamlı və məsuliyyətli turizmin inkişafına, eləcə də turizmin beynəlxalq qarşılıqlı anlaşmaya töhfəsi məsələlərinə
xüsusi diqqət yetiriləcək.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 3.