Akademik Məmməd Arifin yubileyi münasibətilə sərgi

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında akademik Məmməd Arifin 110 illik yubileyi münasibətilə sərgi açılıb. Məmməd Arifin 110 illik yubileyi haqqında ölkə Prezidentinin 2014-cü il 15 aprel tarixli sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil edilən sərgidə alimin həyat və yaradıcılığını əks etdirən kitablar, redaktoru olduğu nəşrlər, tərcümələri, ümumilikdə müxtəlif dillərdə 200-dək nəşr nümayiş etdirilir. Sərgidə həmçinin fotoşəkillər, videomateriallar da öz əksini tapıb.

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 3.