Tatarıstan telekanalında Azərbaycanın
tatar icması haqqında veriliş
“Tatarıstan - novı vek” teleradioşirkətinin
(TNB) əməkdaşları “Tatarlar”
proqramı üçün Azərbaycanda
çəkilişlər aparıblar. Tatarıstanın
Bakıdakı daimi nümayəndəliyindən
bildiriblər ki, “TNB”nin
çəkiliş briqadası ezamiyyət müddətində
tatar icmasının həyatını mümkün qədər hərtərəfli
işıqlandırmağa çalışıb. Yaxın günlərdə telekanalın
tamaşaçılarına Tatarıstanın Azərbaycandakı
daimi nümayəndəliyinin, “Turan tel” Tatar
Mədəniyyəti Cəmiyyətinin və “Yaşlek”
Tatar Gəncləri Mərkəzinin fəaliyyətinə
həsr olunmuş silsilə verilişlər
təqdim olunacaq. Verilişlərdə
Bakıdakı tatar məzarlığından,
Azərbaycanın tatar icmasının
tanınmış simalarından və s.
söhbət açılacaq.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 3.