Muzey əməkdaşları
üçün səyyar
seminar-treninqlər davam
edir
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən,
Respublika Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzi
tərəfindən muzey
işçiləri üçün
keçirilən səyyar
seminar-treninqlər davam
edir. Xəbər verdiyimiz kimi,
ilk seminar ötən həftə
Masallı şəhərindəki
Heydər Əliyev Mərkəzində Masallı,
Cəlilabad və Yardımlı rayonlarının
muzey işçiləri
üçün təşkil
edilmişdi.
İyulun 15-də Lənkəran şəhərində
layihənin ikinci mərhələsi başlanıb. Lənkəran Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin məsləhətçisi
İlqar Əzimovdan aldığımız məlumata
görə, seminarda Lənkəran, Lerik və Astaradan Heydər Əliyev mərkəzlərinin və
muzeylərin əməkdaşları
iştirak edir.
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin direktoru
Ramazan Şabanovun rəhbərliyi
ilə keçirilən seminar-treninqlərdə qurumun direktor müavini Nəzakət Rəhmanova, əməkdaşlar
Kəmalə Şahverdiyeva, Samirə Cəlilova,
Turan Məmmədova, Kamran
Musayev, Rafiqə Nəsirova, Bəhram
Məmmədli muzey işi
ilə bağlı müxtəlif mövzularda
mühazirələr oxuyurlar. Lənkəran
Şəhər Mədəniyyət və Turizm
Şöbəsinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində
keçirilən seminarlar iyulun
19-dək davam edəcək.
Mədəniyyət. - 2014.- 18 iyul.-
S. 4.