“Multikulturalizmin
Azərbaycan modeli”
Qubada beynəlxalq gənclər
forumu
İyulun 16-da Quba şəhərindəki
Heydər Əliyev Mərkəzində “Multikulturalizmin
Azərbaycan modeli” mövzusunda Beynəlxalq gənclər forumu öz işinə başlayıb.
Ayın 20-dək davam edəcək forumda yerli gənclər
təşkilatlarının nümayəndələri ilə
yanaşı, 11 ölkədən
30-dan artıq gənc
də iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun, Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən
layihə “Bir cəmiyyət - müxtəlif
mədəniyyətlər” devizi, “Çoxmədəniyyətli
icmalarda gənclərin
fəal sosial iştirakçılığı” çağırışı altında keçirilir.
Forumun proqramına
plenar hissə ilə yanaşı, 4
panel müzakirəsinin aparılması,
mədəniyyətlərarası dialoq sahəsində gənclərin əməkdaşlıq
şəbəkəsinin qurulması,
kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Maariflənməni, təcrübə və informasiya mübadiləsini
nəzərdə tutan
layihə çərçivəsində
keçirilən forumun
sonunda bəyannamə
qəbul ediləcək.
Forum
iştirakçıları milli və etnik azlıqların icma
nümayəndələri ilə görüşlər
keçirəcəklər.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 4.