Musiqili Teatr Novosibirskə
dəvət alıb
“Rus-Azərbaycan
Evi” Regional İctimai Təşkilatı Azərbaycan
Dövlət Musiqili Teatrını Novosibirskdə
yaşayan həmvətənlərimiz
və yerli sakinlərlə görüşdürmək
üçün bu şəhərə dəvət
edib.
Teatrın mətbuat xidmətinin
yaydığı məlumata görə, Azərbaycan Dövlət
Musiqili Teatrı və “Rus-Azərbaycan Evi” arasında əməkdaşlıq əlaqələri
bu ilin aprelində qurulub. Həmin vaxt Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi və “Rus-Azərbaycan Evi”nin dəstəyi ilə Novosibirsk
Dövlət Teatr İnstitutunun
tələbələrinin hazırladığı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası
Bakıda uğurla nümayiş
olunmuşdu.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 5.