Qastrol səfəri uğurla başa çatıb
Sumqayıt Dövlət Dram Teatrının
kollektivi Gürcüstana
qastrol səfərindən
qayıdıb. İyulun 6-dan 11-dək davam edən səfər müddətində yaradıcı
heyət Con Patrikin “Qocanı öldürməliyik”
tamaşasını nümayiş
etdirib.
Xalq artisti Svetlana Həkimovanın
tərcüməsi əsasında
hazırlanan tamaşanın
quruluşçu rejissoru
Tatyana Şevçenko, qurluşçu
rəssamı Yelena Karpenko,
geyim üzrə rəssamı Sergey Karpenko
(hər üçü
Ukraynadan dəvət olunub), bəstəkarı
Telman Qəniyevdir.
Rolları Əməkdar artist
İzaməddin Bağırov, İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal
Məmmədov, Sədaqət Nuriyeva,
Yalçın Səlimov və başqaları ifa
edirlər.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 5.