Dostluq ittifaqımız çoxşaxəli yollarla ildən-ilə güclənir”

 

“Ölkələrarası əlaqələr xalqların yaxşı anlaşmasına əsaslandığı təqdirdə rəvan şəkildə inkişaf edir. Bu baxımdan qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçün əsas vasitələrdən biri mədəniyyət mübadiləsidir”

 

Azərbaycan Respublikası ilə Koreya Respublikası (Cənubi Koreya) arasında diplomatik münasibətlər 1992-ci il martın 23-də qurulub. Bu ölkənin Bakıda səfirliyi 2006-cı ildə, Azərbaycanın Seulda diplomatik nümayəndəliyi isə 2007-ci ildə təsis edilib. Koreya Respublikası Cənubi Qafqazda Azərbaycana böyük əhəmiyyət verdiyini dəfələrlə qeyd edibregionda ilk səfirliyi də burada açılıb. İki ölkə beynəlxalq təşkilatlarda, xüsusən BMT çərçivəsində fəal əməkdaşlıq edir.

Müxtəlif illərdə Koreya işgüzar dairələrinin nümayəndələrindən ibarət heyət Azərbaycanda səfərdə olub. İki ölkə arasında mədəni, elmi-texnikihumanitar əlaqələr də mövcuddur. 2006-cı ilin iyununda Azərbaycanda Koreya mədəniyyəti günləri keçirilib. Dost ölkə Azərbaycanda xeyriyyə tədbirlərindən arxeoloji qazıntılara yardımadək bir sıra layihələrdə iştirak edir. Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk ilə müsahibəmizdə iki ölkə arasında münasibətlərin bu və digər məqamlarına toxunduq.

 

- Cənab səfir, öncə ənənəvi sualımız: Azərbaycana təyinatı necə qarşıladınız?

- İlk növbədə “Mədəniyyət” qəzetinə müsahibə verməkdən məmnunluq duyduğumu vurğulamaq istərdim. 1991-ci ildən 1997-ci ilə qədər həm Seulda Xarici İşlər Nazirliyində, həm də Moskvada - ölkəmizin Rusiyadakı səfirliyində çalışarkən regional istiqamət üzrə Azərbaycanla əlaqələrə cavabdeh olmuşam. Həmin dövrdə Azərbaycana mənəvi cəhətdən bağlılıq hiss etməyə başlamışdım və təbii olaraq, Azərbaycana səfir təyin olunmağımı məmnunluqla qarşıladım. Ölkələrimiz arasında əlaqələrin tarixinin nisbətən qısa olmasına baxmayaraq, ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün böyük potensial var. Bu baxımdan inanırdım ki, səfir olaraq digər ölkələrlə müqayisədə Azərbaycanda daha mühüm rol oynaya bilərəm.

 

- Ölkəmizə gələnə qədər onun tarixi, mədəniyyəti, müasir durumu haqqında məlumatınız vardımı?

- Səfir təyin olunduqdan sonra ölkəniz haqqında əldə etdiyim bilikləri yeniləmək məqsədilə Azərbaycanın tarixi, siyasəti, iqtisadiyyatı, mədəniyyəti və s. haqqında kitablar oxumağa başladım. Oxuduğum kitablar arasında Koreyanın Azərbaycanda işləmiş ilk səfiri cənab Lyunun qələmə aldığı kitab çox faydalı oldu. Həmin kitabda Azərbaycan koreyalı diplomatın baxışından təsvir olunur. O, kitabında Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumatlar verir, bəzən adətləri müqayisə edir, bəzən də iki ölkənin mədəniyyətləri arasındakı oxşarlıqları izah edir.

 

- Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

- Ötən 22 ildə ölkələrimiz arasında əməkdaşlığın diqqətəlayiq inkişafının şahidi olmuşuq. Azərbaycanla Koreyanın iqtisadi əməkdaşlığı ikitərəfli ticarət dövriyyəsinin artımı ilə birgə rəvan şəkildə inkişaf edir. Koreya öz inkişaf təcrübəsini Azərbaycanla bölüşür və ölkəmizin şirkətləri burada biznes fəaliyyəti ilə məşğul olmağa böyük maraq göstərirlər. Bundan əlavə, mədəniyyət mübadiləsi də fəal şəkildə inkişaf edir.

Koreya-Azərbaycan əlaqələri xüsusilə dövlət başçılarının 2006 və 2007-ci illərdə həyata keçirilmiş səfərləri ilə daha da möhkəmlənmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün yenidən Koreyaya səfər edib. Dostluq ittifaqımız çoxşaxəli yollarla ildən-ilə daha da güclənir. Mövcud əlaqələrimizin daha da yüksək mərhələlərə irəliləməsi üçün əlimdən gələni əsirgəmirəm.

 

- Mədəniyyət sahəsi daxil olmaqla ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu dediniz. Bu əlaqələri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır?

- Mənə elə gəlir ki, ölkələr arasındakı əlaqələr xalqların yaxşı anlaşmasına əsaslandığı təqdirdə sürətli və rəvan şəkildə inkişaf edir. Bu baxımdan qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçün əsas vasitələrdən biri mədəniyyət mübadiləsidir. Səfirlik bu məqsədlə layihələr, mədəni tədbirlər həyata keçirir, hökumətimiz Azərbaycan universitetlərinə Koreya dili müəllimləri göndərir. Bundan əlavə, hazırda koreyalı arxeoloqlar Qəbələ rayonu ərazisindəki tarixi ərazidə arxeoloji qazıntılar aparırlar. Xüsusilə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ölkələrimiz arasında mədəni əlaqələrə mühüm töhfə verir. Səfirliyimiz bu təşkilat ilə sıx əməkdaşlıq edir. Misal üçün, ötən il səfirlik və SEBA Assosiasiyası “Xoşməramlı xeyriyyə” adlı koreyalı musiqi qrupunun konsertini birgə təşkil etmişdir.

 

- Səfirlik olaraq mədəni əməkdaşlıqla bağlı hansı layihələriniz var?

- Səfirliyimiz Koreya və Azərbaycan xalqları arasındakı mənəvi məsafəni azaltmağa kömək edə biləcək tədbirlər təşkil edir. Bu tədbirlərdə Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan Koreya şirkətləri də iştirak edir. Bu il iyunun 1-də, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə səfirlik Yevlax şəhərində məskunlaşmış məcburi köçkün şagirdləri üçünUşaqlar sülh istəyir” mövzusunda inşa-yazı və rəsm müsabiqəsi təşkil etmişdir. Səfirliyin və Koreya şirkətlərinin əməkdaşları şagirdlərlə birgə maraqlı vaxt keçirdilər və birgə nahar etdilər. Belə tədbirlər iki mədəniyyətin yaxşı anlaşılması üçün gözəl imkandır. İl ərzində bu qəbildən daha iki tədbir keçirməyi nəzərdə tuturuq.

 

- Yəqin burada olduğunuz müddətdə xalqlarımız arasında oxşar və fərqli cəhətləri müşahidə etmək imkanınız da olub. Azərbaycan xalqı sizdə hansı təəssüratları yaratdı?

- Azərbaycan xalqı qonaqpərvər, istiqanlı və mehribandır. Mən rayonlara səfər edərkən və ya şəxsi tədbirlərə dəvət olunarkən özümü evimdəki kimi rahat hiss edirəm. Koreya və Azərbaycan adətlərdə, vərdişlərdə və hətta dildə də müəyyən ortaq xüsusiyyətlərə malikdir. Ailəyə bağlı həyat tərzi və böyüklərə hörmət ortaq dəyərlərə misal ola bilər.

 

- İki ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz? Bu sahədə perspektivləri necə görürsünüz?

- Azərbaycanın bir çox rayonlarına səfər etmişəm və ölkənizin turizmin inkişafı üçün böyük potensiala malik olduğunu deyə bilərəm. Bu təsəvvürüm may ayında, Xarici İşlər və Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə Quba-Qusar rayonlarına diplomatik missiya nümayəndələrinin səfəri zamanı daha da gücləndi. İkigünlük səfər bizə yalnız rayonların gözəl mənzərələri ilə deyil, eyni zamanda bu ərazilərə turistlərin cəlb olunması üçün yaradılmış mükəmməl infrastruktur ilə tanış olmaq imkanı verdi. Qusardakı turizm kompleksi həqiqətən çox gözəl təəssürat yaratdı. Orada yayda dağa çıxma, qışda isə xizək sürmə və digər idman növləri ilə məşğul olmaq olar. İki ölkə arasında turizm sahəsinin inkişafı üçün hökumət səviyyəsində sazişanlaşma memorandumunun imzalanması faydalı olardı.

 

- Bakıda teatra, opera ya konsertə getməyə vaxt tapa bilirsinizmi? Ümumiyyətlə, Azərbaycan mədəniyyəti musiqisi haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycan musiqisini xoşlayıram. Azərbaycan mahnıları musiqi alətlərinin səsi Koreyanın milli musiqisi ilə oxşarlıq təşkil edir. Tovuz rayonuna səfərim zamanı mənə saz hədiyyə olundu. Bu musiqi aləti özünəməxsus səsə malikdir. Boş vaxtlarımda əsasən televizora baxmağı ya kitab oxumağı xoşlayıram.

 

- Regionlara səfərinizdən bəhs etdiniz. Azərbaycanda hansı bölgələrində olmusunuz?

- Qəbələ, Şəki, Quba, Gəncə, Göyçay, Tovuz, Yevlax rayonlarına, Naxçıvana səfər etmişəm. Bu yerlərdə landşaftın müxtəlifliyi gözəlliyi məni heyran etdi. Qəbələni çox bəyənirəm onun təbiəti mənə doğulduğum şəhəri xatırladır. Şəki şəhəri gözəl mənzərəsi tarixi məkanları ilə heyranedicidir. Tovuzda dağların füsunkar mənzərəsi, Yevlaxda isə Kür çayı onun kənarındakı bulvar məndə xoş təəssürat yaratdı.

 

- Azərbaycan mətbəxi ilə aranız necədir?

- Azərbaycan xörəklərini, xüsusilə , kabab, dolma plovu xoşlayıram. Ət tərəvəz yüksək keyfiyyətə malikdir. Təravətli tərəvəz meyvələr təbiətin qoynunda yetişir. Düşünürəm ki, bu səbəbdən Azərbaycan xörəkləri çox dadlıdır. Bir sözlə, Azərbaycan xörəklərindən həzz alıram. Sonda qəzetinizə uğurlar, oxucularınıza isə möhkəm cansağlığı xoşbəxt həyat arzu edirəm.

 

Mehparə Sultanova

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 7.