Yayın istisində harada sərinləmək olar?

 

Çimərlik mövsümünün qızmar çağıdır

 

Yayınqorabişirənçağında paytaxt sakinlərinin sərinləmək istirahət etmək üçün üz tutduqları əsas məkan dənizdir. Yay istirahətini xaricdə, yaxud ölkəmizin səfalı regionlarında keçirməyə imkanı, vaxtı olmayanlar Xəzərin sahilində dincəlməyə çalışırlar. Eyni zamanda aylarla dəniz mövsümünün intizarında olanları həmişə bu sual düşündürür: hansı çimərliklər istirahət üçün daha münasibdir?

 

Çimərliklərin vəziyyəti, göstərilən xidmətlər

 

Sahilboyu Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Hövsan Şıx kimi ərazilərdə xeyli çimərlik fəaliyyət göstərir.

Bu çimərliklərə həm ödənişlə, həm ödənişsiz daxil olmaq mümkündür. Ödənişsiz çimərliklərdə vəziyyət o qədər ürəkaçan deyil. Eyni zamanda istirahətə gələnlərin özləri ilə gətirdikləri ərzaq məhsullarının tullantılarını da burada qoyub getməsi vəziyyəti bir qədər qəlizləşdirir. Buna baxmayaraq, burada istirahət edənlər az deyil. Kimisi ailəsi ilə bərabər manqal qurub kabab bişirir, samovar çayı hazırlayır, dənizin kefini çıxarır, kimisi çimərlik kənarında yerləşən yeməkxanalara müraciət edir.

Novxanı, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan Şıx zonasında son illər xeyli yeni çimərlik açılıb. Burada istirahət ödənişli olduğundan suyun ətraf ərazinin təmizliyi yaxşı vəziyyətdədir. Üstəlik bu çimərliklərdə dincəlməyə yaxşı şərait var. İstirahətə gələnlərə masa, stul, çətir, bilyard, skuter, duş, paltardəyişmə otağı, çardaq, uşaq meydançası, tennis kortu s. təklif olunur. Əksər yerlərdə bu xidmətlər girişdə ödənilən pula daxildir. Eyni zamanda skuter, kottec, maşınlara park xidməti başqa bu kimi xidmətlər üçün əlavə pul ödəmək lazımdır. Ümumilikdə götürdükdə çimərliklərdə yemək içkilərin qiymətləri hər kəsin cibinə uyğun deyil.

 

Dənizin təmizliyi diqqət mərkəzindədir

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixliXəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqındasərəncamına əsasən, Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında Amburançimərliyi ərazisində, eləcə Novxanı Corat bağlarının sahilboyu ərazilərində 17 modul tipli çirkab sutəmizləyici qurğu quraşdırılıb. Ekologiya Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi dənizin Azərbaycana məxsus sahil zolağında, çimərlik zonalarında mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini aparır. Modul qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, ötən dövrlə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. 2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə digər çimərliklərdə keçirilən monitorinq zamanı dəniz suyunda vəziyyətin normalaşması müşahidə olunub.

Buna baxmayaraq, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsininSahil Səbail rayonununŞıxçimərliklərində çirklənmənin səviyyəsi normadan yüksək olaraq qalır. Həmin ərazilərin əksəriyyətindəBurada çimmək təhlükəlidir!” yazısı olan məlumatverici lövhələr qoyulsa da, insanlar buna əhəmiyyət vermədən dənizə baş vururlar.

 

Fariz Hüseynov

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 8.