“İlmələrin dili
ilə”
Qax Dövlət Rəsm
Qalereyasında satış-sərgi
Azərbaycanda aparılan mədəniyyət siyasətinin əsas vəzifələrindən biri də mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir. Bu istiqamətdə regionlarda da müvafiq iş aparılır, mədəni irsimizi, qədim sənət növlərini yaşadan, qoruyub saxlayan və gələcək nəsillərə təbliğ olunması sahəsində əməyi olan sənətkarlar dəstəklənir, onların fəaliyyətlərinə şərait yaradılır.
Qax rayonunda da belə sənətkarlara xüsusi diqqət ayrılır, onların sərgiləri təşkil edilir. İyulun 16-da rayon İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Qax Dövlət Rəsm Qalereyasında düzənlənən satış-sərgi də bu qəbildəndir. Gənc toxucu Hekayət Xəlilovanın əl işlərindən ibarət “İlmələrin dili ilə” adlı sərgini Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizova açaraq qədim sənət növlərinin qorunmasından, bu sənət növləri ilə məşğul olan sənətkarlar üçün yaradılan şəraitdən danışıb.
Sərgi ilə tanış olan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev toxucu-rəssamın əl işlərini bəyəndiyini qeyd edərək ona uğurlar arzulayıb, Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyinə sənətkarın fəaliyyəti üçün şəraitin yaradılmasını tapşırıb.
Uşaqlıqdan bu sənətin
vurğunu olan Hekayət
Xəlilova bütün
düşündüklərini, gördüklərinin,
duyğularını ilmələrin dili
ilə tamaşaçılara çatdırmağa
çalışır. Gənc sənətkarın
ilk fərdi satış-sərgisində
müxtəlif çeşiddə 100-dək əl işi təqdim edilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan sərgi toxucu-rəssam üçün də uğurlu
olub. Əl işlərinin əksəriyyəti
öz alıcısını tapıb.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 8.