“Azər-İlmə”dən xeyirxah addım

 

Cəzaçəkmə müəssisəsinə xalça toxumaq üçün dəzgahlar hədiyyə edilib

 

Qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində toxuculuq sahəsinin təkmilləşdirilməsi, xalçaçılıqla məşğul olan qadınların fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Azər-İlmə” MMC ilə əməkdaşlıq edir. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, iyulun 16-da müəssisədə MMC-nin təmsilçiləri ilə məhkum qadınların görüşü təşkil edilib.

“Azər-İlmə”nin rəhbəri, professor Vidadi Muradov və əməkdaşlar xalçaçılıq sənəti ilə məşğul olan məhkum qadınların hazırladıqları eskizlərlə tanış olublar. Xalçaçı qadınlara “Azərbaycan xalçaları” jurnalının yeni nömrəsi, ilmələrlə bağlı disklər və digər ləvazimatlar təqdim olunub. Cəmiyyət tərəfindən müəssisəyə xalça toxumaq üçün üç dəzgah və alətləri hədiyyə edilib.

 

Mədəniyyət. - 2014.- 18 iyul.- S. 8.