Hotellərdə iftar
süfrələri
Müqəddəs Ramazan
ayı digər fəzilətləri ilə yanaşı, həm
də savab əməllər, xeyirxah işlər üçün
mühüm bir vəsilədir.
Bu ayda inanclı insanlar daha çox
savab sahibi olmağa çalışır, imkanlılar
kasıblara əl tutur. Bir
çox müsəlman ölkələrində
Ramazan ayında turizm sektorunda da müəyyən
güzəştlər nəzərdə tutulur.
Məsələn, Türkiyə, Birləşmiş Ərəb
Əmirliklərində hotellər turistlərə endirimli qiymətlər təklif edirlər. Bu aksiyalar Ramazan ayında daha çox turist cəlb olunmasına xidmət edir.
Azərbaycanda da Ramazan ayında
hotellər müxtəlif
aksiyalar təşkil edirlər.
“New Baku Hotel” Ramazan ayında
oruc tutan müştərilərini iftar
süfrəsinə dəvət
edir. Adambaşına 15 manat təklif
olunan menyuya şorbalar, salatlar, isti yeməklər, şirniyyat, meyvə, çay, sərinləşdirici
içkilər və
s. daxildir. Hotelin baş
meneceri Ceyhun Aşurovun sözlərinə
görə, Ramazan ayında menyuda 20 faiz endirim edilib.
İftar süfrəsi
isə əvvəlcədən
sifariş verənlər
üçün hazırlanır:
«Hər gün müxtəlif təşkilatlardan
sifariş alırıq.
Bəzən dostlar qrup şəklində iftara gəlirlər. Ramazan ayı
boyunca oruc tutan insanlar üçün bir neçə dəfə təmənnasız iftar süfrəsi açmışıq”.
Hoteldə qalan qonaqlara da orucluqla bağlı
şərait yaradılır:
«Bildiyiniz kimi, imsak (sahur) çox
erkən vaxta düşür. Hotelimizdə qalan qonaqlar
üçün süfrə
açılır. Ümumiyyətlə, oruc tutan qonaqlarımıza
Ramazan ayı boyunca yeməklər pulsuzdur».
«Qafqaz Baku City” hoteli
də paytaxt sakinləri və şəhərin qonaqlarını
iftar süfrəsinə
dəvət edir. Hoteldən verilən
məlumatda bildirilir ki, iftar süfrəsi
hotelin 18-ci mərtəbəsindəki
terrasda yerləşən
restoranda açılır
və adambaşına
33 manat təşkil edir. Bakının ən dəbdəbəli mehmanxanalarından olan “Jumeirah Beach Hotel”ində isə «İsveç stolu» formasında təqdim edilən iftar süfrəsi qidaların zəngin çeşidi ilə seçilir. Menyuya 8 növ isti
yemək, 8 növ salat, 12 növ şirniyyat, içkilər
daxildir. Qiymət də
kifayət qədər
yüksəkdir - adambaşına
45 manat.
Regionlardakı hotel və istirahət mərkəzlərində də Ramazan ayında güzəşt kampaniyaları həyata keçirilir. Allah bütün oruc tutanların orucunu qəbul eləsin.
Fəxriyyə Abdullayeva
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 9.