Qax rayonuna gələn turistlərin sayı artır
Əsrarəngiz təbiəti, mülayim və saf dağ
iqlimi, çayları,
şəlalələri, mineral bulaqları, meşələri,
habelə ləziz mətbəxi və yüksək qonaqpərvərliyi
ilə seçilən
Qax rayonu ilin bütün fəsillərində turistləri
özünə cəlb
edir.
Bu diyarın hər
bir guşəsi turistlər üçün
gözəl istirahət
məkanıdır. Son illər rayonda turizm infrastrukturunun genişləndirilməsi istiqamətində
tədbirlər həyata
keçirilir.
Hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Turizm mərkəzlərində yerlərin sayı artırılaraq 700-ə çatdırılıb.
Mədəniyyət və Turizm
Şöbəsinin məlumatına
görə, 2013-cü ildə
rayona 20 mindən çox turist gəlib. Bu ilin
birinci yarısında
isə rayona 4500 nəfərə yaxın turist gəlib. Yay turizm mövsümünün
yeni başlandığını
nəzərə alsaq,
ilin sonunadək bu göstəricinin xeyli artacağını proqnozlaşdırmaq olar.
Bu rəqəmlər rəsmi statistikaya əsaslanır. Rəsmi statistikaya
düşməyən turistlərin
sayını da bura əlavə etsək, bu göstərici daha da artar.
Rayona gələn
turistlərin arasında
kənd evlərində
qalmağa üstünlük
verənlərin sayı
da ildən-ilə artır. İlisu, Ağçay,
Qaşqaçay, Qum, Çinarlı
və digər kəndlərdə hər
il yüzlərlə
ailə öz istirahət mövsümünü
mənalı keçirir.
Turizmin bu növü həm də yerli əhalinin maddi vəziyyətinin, güzəranının daha
da yaxşılaşmasını
təmin edir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 9.