Bakıda növbəti beynəlxalq uşaq muğam
festivalı keçiriləcək
“Kainat” Gənclik Mərkəzi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ənənəvi olaraq, artıq 18 ildir uşaq muğam festivalları təşkil edir. 2009-cu ildən bu festival beynəlxalq status alıb. Bu il 6-cı dəfə keçiriləcək beynəlxalq tədbirə ölkəmizlə yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Hindistan, İran, Tacikistan, İraq və Misirin uşaq muğam ifaçılarının qatılacağı gözlənilir. Oktyabrın 8-də keçiriləcək festivalın münsiflər heyətinə tanınmış tarzən, Xalq artisti, professor Ağasəlim Abdullayev rəhbərlik edəcək.
Artıq ölkəmizi festivalda təmsil edəcək istedadlar bəlli olub. Onlar Qax rayonundan Mövlud Muxtarzadə və Qəbələdən Rəsul Mahmudovdur.
Qeyd edək ki,
bu yaxınlarda “Kainat”
Gənclik Mərkəzinə Özbəkistandan gələn məktubda
Daşkənddə keçiriləcək “Ana
yurdun rəngləri” beynəlxalq instrumental ifaçılar festivalına azərbaycanlı
gənclər də dəvət olunub. Bu da onu deməyə əsas
verir ki, Gənclər
və İdman Nazirliyinin
dəstəyi, Mədəniyyət və Turizm
Nazirliyinin iştirakı, İctimai
Televiziyanın informasiya dəstəyi və
“Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı
ilə keçirilən ənənəvi beynəlxalq uşaq muğam
festivalı xaricdə bir örnəyə
çevrilməkdədir.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 10.