“Oğuznamə yaradıcılığı”

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən Əfzələddin Əsgərin “Oğuznamə yaradıcılığı” kitabı nəşr edilib. Kitabın elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, rəyçiləri filologiya elmlər doktoru, professor Məmmədəli Qıpçaq, filologiya üzrə fəlsəfə doktoru Arif Acaloğludur.

Monoqrafik araşdırmada Oğuznamə yaradıcılığında baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır, ifapoetik forma, Oğuznamə mətnlərinin xüsusiyyətləri tədqiq edilir. Kitab giriş, 6 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

 

Mədəniyyət.- 2014.- 18 iyul.- S. 15.