Turistləri ən çox
cəlb edən on abidə
Nüfuzlu internet resurslarından olan Tripadvisor saytında dünyada turistləri daha çox cəlb edən 10 abidənin siyahısı verilib. Siyahıya Perunun
XV əsrə aid Maşu
Magşu yaşayış
qəsəbəsi başçılıq
edir. Tarixi məkan UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. İkinci yerdə Birləşmiş
Ərəb Əmirliyinin
Şeyx Zeyad məscidi, üçüncü
yerdə Hindistandakı
məşhur Tac-Mahal gəlir. Sonrakı yerləri İspaniyanın
Korgu məscid-kilsəsi,
Vatikanın müqəddəs
Pjotr baziliki, Kambocanın Angkor Vat abidələr
kompleksi, Piyon ibadətgahı, Rusiyanın
Sankt-Peterburq şəhərindəki
müqəddəs Xilaskar
ortodoks kilsəsi,
ABŞ-dakı Milli Hərbi Park və nəhayət, onuncu yeri Xorvatiyanın orta əsrlərə məxsus Dubrovnik şəhəri
tutur.
Hər il yüz
minlərlə turist bu
tarixi abidələri görmək üçün səyahətə
çıxır.
Mədəniyyət.- 2014.- 18 iyul.-
S. 16.