“Azerbaijan Art Festival-2014”
Layihənin növbəti sərgisi
Gəncədə təşkil
olunub
“Baku Creative Center”in təşkilatçılığı,
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və “Nar
Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət
Festivalı”) layihəsinin
bölgələrdə sərgiləri
davam edir. İyulun 1-dən başlanan festival indiyədək
Astara, Lerik, Yardımlı və Lənkəranda reallaşıb.
Layihənin növbəti sərgisi Gəncədə gerçəkləşib. Gəncədəki Məhsəti Gəncəvi
Mərkəzində açılan
sərgidə gənc
rəssamların əsərləri
nümayiş olunur.
Sənətsevərlər Lalə
Ağayeva, Asima Səmədli, Fəxri Abbasov, Səmra Axundova, Fərqanə Əliyeva, Vüsalə Ağarazıyeva, Fəridə
Qarayeva, Lalə Hüseynova, Rasim Mahmudov, Elnur Həsənov, Pərviz Əsədov, Günel Ravilova, Anar Qəmbərlinin əl işlərini maraqla qarşılayıblar. Sərgidə gənc rəssamlar təsviri sənət həvəskarları üçün
ustad dərsləri də keçib, öz qabiliyyətlərini
nümayiş etdirirlər.
İyulun 30-dək davam edəcək layihənin proqramına Bərdə,
Goranboy, Şəmkir, Qazax
və Ağstafa rayonlarında da sərgilərin və ustad
dərslərinin təşkili daxildir.
Mədəniyyət. - 2014.- 18
iyul.- S. 16.