“Azerbaijan Art Festival - 2014” davam edir

 

 “Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət Festivalı”) layihəsinin bölgələrdə sərgiləri davam edir.

Layihə çərçivəsində növbəti sərgi Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunub. Mərasimdə qalereyanın direktoru Münəvvər Xəlilova çıxış edərək tədbirin əhəmiyyəti haqqında sərgi iştirakçılarına məlumat verib.

Sərgidə respublikanın tanınmış heykəltəraşlarının rəssamlarının 40-a yaxın sənət əsəri nümayiş etdirilib. Nümayiş etdirilən heykəltəraşlıq rəsm əsərləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.

“Azerbaijan Art Festival - 2014” layihəsi iyulun 30-dək davam edəcək.

 

Mədəniyyət. - 2014.- 23 iyul.- S. 3.