“Elçin və Azərbaycan
mühacirətşünaslığının problemləri”
“Təhsil” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nikpur Cabbarlının “Elçin və Azərbaycan mühacirətşünaslığının problemləri” kitabı çapdan çıxıb. Kitabda Azərbaycan mühacirətşünaslığının təşəkkül tarixinə müxtəsər nəzər salınır. Qeyd olunur ki, 1980-ci illərin sonlarından etibarən keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda gedən ictimai-siyasi proseslərin nəticəsi kimi mühacirətə marağın artması ilə bu sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Müəllifin fikrincə, həmin mərhələ ilk növbədə görkəmli yazıçı, ədəbiyyatşünas və tənqidçi Elçinin adı və fəaliyyəti ilə səciyyələnir.
Araşdırmada Xalq
yazıçısının Azərbaycan mühacirətinin tarixi, mühacirətin bədii və elmi irsinin tədqiqi
prinsipləri, bu irsin çağdaş ədəbi-elmi dövriyyəyə
cəlb edilməsi zərurəti ilə bağlı müxtəlif
məqalə və müsahibələrindəki fikirləri sistemli təhlil edilərək dəyərləndirilir.
Nəşrə Elçinin mühacirətşünaslıq
problemlərinə dair yazıları da əlavə edilib.
Kitabın elmi redaktoru
filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.
Mədəniyyət. - 2014.- 23
iyul.- S. 4.