Kazanda “Türkvizyon-2014” mahnı
müsabiqəsinin təqdimatı
2014-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” olan Tatarıstanın Kazan şəhərində türkdilli ifaçıların II beynəlxalq “Türkvizyon” televiziya mahnı müsabiqəsinin təqdimatı keçirilib. Mərasimdə Tatarıstan Respublikasının mədəniyyət naziri Ayrat Sibaqatullun çıxış edərək bu il Kazanın “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinin ikiqat əlamətdar olduğunu bildirib. Çünki 2014-cü il həm də Rusiyada “Mədəniyyət ili” elan edilib. Sonra nazir Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun təbrikini oxuyub.
Tatarıstan Respublikası Dövlət Şurasının mədəniyyət, elm, təhsil və milli məsələlər komitəsinin sədri Razil Valeyev, Tatarıstanın Mətbuat və Kütləvi Kommunikasiyalar Agentliyi rəhbərinin birinci müavini Nuriyyə Belomoina qonaqları salamlayaraq, bu festivalın Kazanda keçirilməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu təkcə incəsənət festivalı deyil. Belə tədbirlər qarşılıqlı əlaqələri inkişaf etdirir, hər bir xalqın mədəniyyətini və incəsənətini populyarlaşdırır, bununla da ortaq köklərlə bağlı olan müxtəlif xalqları, millətləri təmsil edən insanları birləşdirir.
Festivalın əsas təşkilatçısı
olan “TMB TV” telekanalının təsisçisi
Samir Qurbanov
çıxış edərək təmsil etdiyi
kanal və “Türkvizyon”
festivalının yaranma tarixi
barədə məlumat verib. Sonra “TMB TV” telekanalı ilə milli və regional telekanallar arasında saziş imzalanıb. Həmin sazişə
əsasən, milli və regional telekanallar yerlərdə seçim turları keçirəcək
və müsabiqəni
birbaşa efirdə yayımlayacaqlar.
Mədəniyyət. - 2014.- 23 iyul.- S. 5.