TÜRKSOY “İpək Yolu”
festivalının təşkilat komitəsinə təşəkkür
edib
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1-5 iyul tarixində Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı TÜRKSOY tərəfindən yüksək qiymətləndirilib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinovun
adından Azərbaycan Bəstəkarlar İttifaqına
göndərilən fəxri fərmanlarda festivalın
keçirilməsində əməyi keçənlərə
təşəkkür ifadə olunub. Bəstəkarlar İttifaqından verilən məlumata
görə, “İpək Yolu” beynəlxalq
musiqi festivalının təşkilat
komitəsinin üzvləri - festivalın rəhbəri, Xalq artisti Firəngiz
Əlizadə, festivalın eksperti, professor Cəmilə Həsənova,
festivalın beşilliyinə həsr edilən bukletin
tərtibatçısı Xanlar Novruzov və festivalın əlaqələndiricisi
Rüfət Ramazanov TÜRKSOY-un
fəxri fərmanına layiq
görülüblər.
Mədəniyyət. - 2014.- 23 iyul.- S. 5.