«Jumeirah
Group»un Avropa
təmsilçisi Bakıda
«Jumeirah Group»un
satış və marketinq üzrə Avropa nümayəndəliyinin
vitse-prezidenti Austin Frost Bakıda
səfərdə olub.
«Jumeirah Bilgah
Beach Hotel»dən bildiriblər
ki, səfərin məqsədi Azərbaycanın
biznes turizm imkanlarının araşdırılması
ilə bağlı olub. «Jumeirah Bilgah Beach Hotel» bir müddət əvvəl
«Jumeirah Group»un
Avropa nümayəndəliyinin
tərkibinə daxil olub. Bu səbəbdən
yeni rəhbərlik həm hoteldəki durumu, həm də ümumilikdə Azərbaycanın turizm bazarındakı vəziyyətini
öyrənmək istəyib.
Səfər çərçivəsində Austin Frost Bakıda fəaliyyət göstərən digər
brend hotellərin və tanınmış turizm şirkətlərinin
rəhbərləri ilə
də görüşüb. Qonaq paytaxt
hotellərinin infrastrukturu,
şirkətlərinin əməkdaşlıq
etdikləri turist istiqamətləri, biznes turizmi istiqamətində görülən işlərlə
maraqlanıb.
Bakıya ilk dəfə gəldiyini
deyən Austin Frost bu səfərin ölkəmizin turizm sektoru və
ümumilikdə Azərbaycanla tanışlıq baxımdan əlamətdar
olduğunu vurğulayıb.
Mədəniyyət. - 2014.- 23
iyul.- S. 9.