Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu
vəfat edib
23.07.2014
Azərbaycan Yazıçılar Birliyinin
yaradıcılıq məsələləri
üzrə katibi, tanınmış ədəbiyyatşünas
alim Arif Əmrahoğlu iyulun 19-da dünyasını dəyişib.
Arif Əmrah oğlu Məmmədov 1954-cü il oktyabrın 28-də
Gürcüstanın Marneuli
rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi 1972-ci ildə Ermənistan SSR-in Noyemberyan rayonunun Ləmbəli kəndində
bitirib.
1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil
alıb. Elmlər Akademiyası Ədəbiyyat
İnstitutunun “XIX əsr
Azərbaycan ədəbiyyatı
şöbəsi”ndə baş
laborant, kiçik elmi işçi, “Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsi”ndə elmi
işçi işləyib.
AMEA-nın Milli
Azərbaycan Ədəbiyyatı
Muzeyinin elmi işlər üzrə direktor müavini olub. 1997-ci ildən
Azərbaycan Yazıçılar
Birliyinin katibi, Bakı Dövlət Universitetinin müəllimi
idi.
M.F.Axundzadənin Moskvada rus dilində çap olunan "Seçilmiş
əsərləri"nin,
A.P.Çexovun üçcildlik
Azərbaycan dilində
“Seçilmiş əsərləri"nin
tərtibçisi, nəsr
əsərlərinin, bədii
tərcümələrin müəllifidir.
Allah rəhmət eləsin.
Mədəniyyət. - 2014.- 23
iyul.- S. 14.