Həmkarımız faciəli şəkildə
həlak olub
“Qarabağ” qəzetinin baş redaktorunun müavini Sarvan Ağayev iyulun 17-də faciəli şəkildə həlak olub. Paytaxtın Nobel prospektində yolu keçərkən onu maşın vurub. Azərbaycan Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yayıb.
Nekroloqda qeyd olunur ki, 1955-ci il sentyabrın 18-də Ağdamda dünyaya gələn Sarvan Şamil oğlu Ağayevi həmkarları işgüzar, səmimi insan, istedadlı qələm sahibi kimi tanıyırdı. Qarabağı demək olar qarış-qarış gəzmişdi. Şair təbi, incə duyğuları yaradıcılıq nümunələrində də özünü büruzə verirdi.
24 il “Qarabağ” qəzetində çalışan Sarvan Ağayev bir neçə kitabın müəllifidir.
2005-ci ildə milli mətbuatımızın
130 illik yubileyi
münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamına əsasən “Tərəqqi”
medalına layiq görülmüşdü:
“Hələ neçə-neçə məzmunlu, dolğun nümunələri ilə müasir mediamıza töhfələrini verəcəkdi.
Lakin müdhiş qəza
daha bir həmkarımızın
ömrünə erkən son qoydu. Allah rəhmət eləsin,
ruhu şad olsun”.
Mədəniyyət. - 2014.- 23
iyul.- S. 14.