Şəki Dövlət Dram Teatrında yubiley tamaşası
Sabit Rəhman adına Şəki Dövlət
Dram Teatrında Xalq yazıçısı İlyas
Əfəndiyevin 100 illiyi
ilə əlaqədar
müəllifin “Sevgililərin
cəhənnəmdə vüsalı”
əsəri əsasında
səhnələşdirilən eyniadlı tamaşaya ictimai baxış olub.
Dövlət sifarişi əsasında
hazırlanan yeni tamaşanın quruluşçu rejissoru
Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu
rəssamı Söhrab Ərəbov, musiqi tərtibatçısı Aslan Mustafazadədir. Rolları əməkdar
artistlər İqrar Salamov,
Əbülfət Salahov, aktyorlar
Xanlar Həşimzadə, Akif
Yusifov, Çinarə Səmədova və
başqaları ifa edirlər. Şəhər
rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin
və teatrsevərlərin izlədiyi tamaşa
rəğbətlə qarşılanıb.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 2.