Dünyanın xor kollektivləri “Avropanın mədəniyyət paytaxtı”nda

 

17-20 iyul tarixində Latviyanın paytaxtı Riqada VIII Dünya Xor Oyunları keçirilib. Riqa şəhərinin 2014-cü ildə “Avropanın mədəniyyət paytaxtı” elan edilməsi çərçivəsində keçirilən tədbirlər silsiləsindən olan festivala dünyanın 70 ölkəsindən 400 xor kollektivi qatılıb.

Tədbirin bədii rəhbəri Roman Vanaqs açılış mərasimində bildirib ki, Dünya Xor Oyunları miqyasına görə Latviya üçün misli görünməmiş hadisədir.

Müxtəlif ölkələrin xor kollektivləri 29 kateqoriyada yarışıblar. İştirakçılar arasında kişi, qadın və uşaq xor qrupları olub. Layihənin tarixində ilk dəfə yaşlı nəslin nümayəndələrindən ibarət xorlar iştirak ediblər. Ümumilikdə 20 min iştirakçı mərasim, xalq musiqisi, caz, müasir musiqis. istiqamətlər üzrə yarışıb.

Azərbaycanda bu sahənin təkmilləşdirilməsi, müxtəlif ölkələrin xor məktəblərinin təcrübəsinin öyrənilməsi məqsədilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbinin direktoru, xormeyster Məhin Orucovaxor şöbəsinin müdiri Nigar Səmədova da tədbirdə iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 4.