Ədəbiyyatşünas alimin
kitabları akademiyanın kitabxanasında
Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi Abbas Zamanovun şəxsi kitab kolleksiyası akademiyanın Mərkəzi Elmi Kitabxanasına təqdim olunub.
Kitabxanadan bildiriblər ki, kolleksiya elektron kataloqa daxil edildikdən sonra
oxucuların istifadəsinə təqdim olunacaq.
Eyni zamanda alimin şəxsi kitablarının tədqiqi
aparılacaq və tədqiqatın nəticəsi olaraq çap kataloqunun hazırlanması da
nəzərdə tutulub.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 4.