Azərbaycanlı köçkünlərlə bağlı kampaniyanın sırası genişlənir

 

Böyük Britaniyanın Tamvörs vilayətindən deputat Kristofer Pinçer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı “Many Happy Returns” təbliğat kampaniyasına qoşulduğunu bəyan edib. İcmalar Palatasının enerji və iqlim dəyişiklikləri komitəsinin üzvü K.Pinçer 2012-ci ildən Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədridir.

Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilmişMany Happy Returns” kampaniyasının adı ingilissayağı təbrik mesajının əsasında seçilib. Bu, eyni zamanda, öz yurd-yuvalarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Bununla bağlı yaradılmış internet səhifəsində tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycan rayonlarında yerləşən məcburi köçkün düşərgələrindən üçündə yaşayan insanların fotoları yerləşdirilib.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 4.