Azərbaycanlı rejissor
Alanya bələdiyyəsinin qonağı
olub
Azərbaycanın Əməkdar incəsənət xadimi, rejissor, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Cahangir Novruzov Alanya bələdiyyəsinin dəvəti ilə bu şəhərdə olub.
Diasporla iş üzrə Dövlət
Komitəsindən bildirilib ki,
həmvətənimizin bələdiyyə sədri Adəm Murat Yücel və şəhərin
kaymakamı Erhan Özdemirlə
görüşlərində Türkiyə ilə Azərbaycan
mədəniyyəti, o cümlədən
teatr sahəsində əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub. Görüşdə həmçinin Alanya ilə Azərbaycanın bir
şəhərinin qardaşlaşması təşəbbüsü
də irəli sürülüb.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 5.