Türk xalqlarının qeyri-maddi irsi mühafizə obyekti kimi

 

Azərbaycan alimləri Kazanda beynəlxalq konfransda iştirak ediblər

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi TÜRKSOY-la birgə “Kazan - türk dünyasının paytaxtı - 2014” layihəsi çərçivəsində “Türk xalqlarının qeyri-maddi irsi mühafizə obyekti kimimövzusunda beynəlxalq elmi-praktik konfrans keçirib.

Kazan şəhərində təşkil edilən konfransa Türkiyə, Azərbaycan, Qazaxıstan və digər türkdilli dövlətlərin, habelə Rusiyanın 10 regionunun ali məktəb müəllimləri, alimlər, mədəniyyət mərkəzlərinin rəhbərləri qatılıblar. Ölkəmizi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları təmsil ediblər.

İnstitutdan bildiriblər ki, tədbirdə dialektologiya, etnoqrafiya, kulturologiya, hüquq, iqtisadiyyat, folklor və digər elm sahələrinin mütəxəssislərinin iştirakı ilə qeyri-maddi mədəni irs problemləri müzakirə olunub. Alimlər ənənəvi türk xalq mədəniyyətlərinin sistemləşdirmə və tədqiq məsələləri, həmçinin qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dilin mühafizəsi problemləri haqqında fikir mübadiləsi aparıblar.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.