Yalovada “Türk Boyları Mədəniyyət
Festivalı”
İyulun 18-dən 22-dək
Türkiyənin Yalova
şəhərində 17-ci “Türk Boyları Mədəniyyət Festivalı”
keçirilib. Yalova Folklor Təhsil
Mərkəzi Gənclik
və İdman Dərnəyinin düzənlədiyi
tədbirin açılış
günündə türkdilli
ölkə və diyarlardan gəlmiş xalq rəqs qrupları Qazipaşa küçəsində yürüş
ediblər. Yürüş Cümhuriyyət meydanında
başa çatıb
və burada rəqs qruplarının rəngarəng çıxışları
olub.
Tədbir çərçivəsində Uğur Mumçu Mədəniyyət Mərkəzində
türk dünyası
şairlərinin və
media nümayəndələrinin görüşləri keçirilib. Media təmsilçilərinin görüşündə
bu gün müharibə zonalarına
çevrilmiş İraq
və Suriyada türkmənlərin durumu,
eləcə də Krımda baş verən son olaylarla bağlı tatarların vəziyyəti əsas müzakirə mövzusu olub. Bartın Jurnalistlər Birliyinin
rəhbəri Güngör
Yavuzaslan bölgədən
çəkdiyi görüntülərlə
İraq türkmənlərinin
vəziyyətini diqqətə
çatdırıb.
İyulun
22-də Barış Manço
adına açıq hava teatrında iştirakçı
ölkə və topluluqların xalq oyunlarının nümayişi
ilə tədbirə yekun vurulub.
Mehparə
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 5.