Milli mücadilə illərində Azərbaycanın Ərzuruma yardımları”

 

Türkiyənin Ərzurum şəhərində valiliyinAtatürk Universitetinin təşkilatçılığı ilə “Milli mücadilə illərində Azərbaycanın Ərzuruma yardımları” mövzusunda panel iclası keçirilib. Toplantıda Türkiyədən professorlar İbrahim Ethem Atnur, Betül Aslan, Ərdal Aydoğan, Azərbaycandan tarixçi-professor, Milli Məclisin deputatı Musa Qasımlı, dosent Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova iştirak ediblər.

Panel iclasında çıxış edən Musa Qasımlı Azərbaycan və türk xalqlarının qardaşlıq tarixində I Dünya müharibəsi və Türkiyədəki istiqlal müharibəsi dövrünün xüsusi yer tutduğunu deyərək fikirlərini faktlarla əsaslandırıb. Azərbaycanlıların Çanaqqala savaşında türk qardaşları ilə çiyin-çiyinə vuruşması, Şərqi Anadoludan qaçqın olan türk və müsəlmanlara azərbaycanlıların yardım etməsi, onların problemlərinin Rusiya Dövlət Dumasında qaldırılması, Qafqaz İslam Ordusunun Bakını azad etməsi, istiqlal savaşı illərində azərbaycanlıların türk ordusu sıralarında yer alması və s. məqamlarla bağlı maraqlı tarixi faktlar iştirakçıların diqqətinə çatdırılıb.

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 5.