Qəbələ səhnəsində “Rəşid
bəy və Səadət xanım”
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində bu il "Azərbaycanın əfsanələr paytaxtı" elan olunan Qəbələ rayonunda tez-tez mədəni-kütləvi tədbirlər keçirilir. Belə tədbirlərdən biri Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İsmayıl bəy Qutqaşınlı adına xalq teatrının təqdimatında olub. Kollektiv İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.
Əsər yaradıcı heyət tərəfindən
uğurla səhnələşdirilib və
maraqlı aktyor oyunu
ilə yadda qalıb. Tamaşanın quruluşçu rejissoru Füzuli Sərkərov, rəssamı Malik Ağayev,
işıqçı Süleyman Yaqubovdur. Rəşid bəy rolunda
Xəyal Gəncimov, Səadət xanım rolunda
Şahanə Vəlizadə, Əziz rolunda
Ruhib Rəşidov, Şamah
rolunda isə Leyla Zakirova çıxış ediblər. Səhnə
əsəri tamaşaçılar tərəfindən
yüksək alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 7.