“Mingəçevir
leysanı”nın yubiley sayı
Azərbaycan Yazıçılar Birliyi
Mingəçevir bölməsinin
ədəbi orqanı
kimi son altı ildə davamlı olaraq hər rübdə nəşr olunan “Mingəçevir leysanı” ədəbi jurnalının 25-ci sayı
oxucuların görüşünə
gəlib. Əvvəlki saylarında olduğu
kimi, jurnalda yenə çeşidli janrlarda qələmə alınmış əsərlər,
yeni imzalar var.
Poeziya bölümündə Fəxrəddin
Əziz, İsmayıl
İmanzadə, Rəfael
Dəmiroğlu, Mahir Hümbətoğlu, Sübhan
Kəlbəcərli, Rəşid
Rəsulov, Ruslan Ələkbərli, Ülviyyə
Məmmədli, Fəxrəddin
Sofulu və digər müəlliflərin
şeirləri dərc
edilib. Dünya ədəbiyyatından nümunə
kimi Gi de Mopassanın “Kor”, eləcə də Qorxmaz Abdullanın “Qınamayın məni”, Sənan Abdullayevin “Balıqçı” hekayələri,
Mehri Yağmur, Aytən Səfərova və Eyyub Cabbaroğlunun
ədəbi esseləri
də maraqlı yazılar arasındadır.
“Təzədən doğulur
şair ölən gün”
adlı yazı bu yaxınlarda
dünyasını dəyişən el şairi Böyükkişi
Təmkinə həsr olunub. Jurnalda həmçinin
filologiya elmləri doktoru
Vaqif Yusiflinin şair İsmayıl İmanzadənin
yaradıcılığından söz açan “Ədəbi həyat”, Ramiz İsmayılovun “Şükranlıq” və
Məmməd Mərzilinin “Sağlamlıq böyük
nemətdir” adlı yazıları yer
alıb.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 7.