“Ağdamsız 21 il

 

İyulun 23-də Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21 ili tamam oldu. Kürdəmir rayon MKS-də “Ağdamsız 21 il” adlı tədbir keçirildi. Tədbirdə Kürdəmir Rayon MKS-nin direktor müavini İradə Mahmudova çıxış edərək tariximizin bu ağrılı səhifəsindən söz açdı, işğal altındakı yurdlarımızda mədəniyyət ocaqlarının, tarixi-mədəni irsimizin talan edildiyini bildirdi. Mövzu ilə bağlı çıxışlar oldu. Ağdamın işğalı ilə bağlı videogörüntülər nümayiş etdirildi. Sonda tədbir iştirakçıları Qarabağa həsr olunmuş sərgilərlə tanış oldular.

 

Məryəm Əliyeva,

Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 7.