Britaniya jurnalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
Böyük Britaniyanın
“Wallpaper” memarlıq və dizayn
jurnalı Heydər Əliyev Beynəlxalq Aeroportunun
yeni terminalı haqqında yazıb. Nəşr
yeni terminalın futuristik
dizayna malik olduğunu xüsusi
vurğulayır. Terminalın türk dizayneri Seyhan Özdəmir
nəşrə müsahibəsində bildirib
ki, interyer qurularkən
məqsəd o olub ki, hər bir sərnişin
burada özünü
VİP person kimi hiss etsin. Terminalda
sərnişinlər üçün
istirahət guşələri, uşaqlar üçün əyləncə otaqları
yaradılıb. Bu otaqlar
xalis ağacdan
hazırlanıb və onların sferik
formaları ümumi mühitlə harmoniya təşkil edir.
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 8.