Bu il turizm sektorunda nə qədər
artım gözləmək olar?
Mütəxəssislər
fikirlərini müxtəlif faktlarla əsaslandırırlar
Yay mövsümü
ilə bağlı turizm sahəsində hər
zaman canlanma
müşahidə olunur. Bəs bu
proses ölkəmizdə
ilin turizm statistikasına necə təsir edəcək? Bu il sektorda
nə dərəcədə
artım gözləməyə
dəyər? Bu barədə mütəxəssislərin
proqnoz və fikirlərini öyrəndik.
Azərbaycan Turizm İnstitutunun
kafedra müdiri, dosent Bahadur Bilalov bildirdi ki, əvvəlki illərə nisbətən
bu il
ölkə daxilində
istirahətə üstünlük
verənlərin sayında
artım var: “Bunu deməyə əsas verən amillər-mövcud istirahət
mərkəzlərində xidmətlərin
çeşidinin və
keyfiyyətinin artması,
yeni istirahət mərkəzlərinin açılması
və fərqli qiymətlərdir. Adambaşına günlük istirahət xərci 25-300 manat arasında dəyişir.
Yəni hər kəs imkanına görə istirahət yeri seçə bilər.
Digər
tərəfdən, Ukraynada
baş verən son hadisələr nəticəsində
ölkəmizə MDB ölkələrindən
istirahətə gələnlərin
artacağını düşünürəm”.
Həmsöhbətim bildirdi ki, ilin ilk yarısının
statistikası açıqlanandan
sonra bu artım tempini daha dəqiq söyləmək mümkün
olacaq: “Dünya üzrə statistikaya nəzər salsaq, illik artım 4-5 faiz təşkil edir. Fikrimcə, bu il ölkə turizmində artım əvvəlki illə müqayisədə
9-10 faiz təşkil edəcək”.
Bu istiqamətdə görüləcək
işlərə gəlincə,
mütəxəssis hesab
edir ki, istirahət mərkəzləri,
hotellər, bölgələrdəki
turizm-informasiya mərkəzləri,
rayon icra hakimiyyətləri
hamılıqla müvafiq
bölgənin reklamını
təşkil etmək
üçün səylərini
daha da gücləndirməli,
xidmət çeşidini
artırmalıdır: “Cənab
nazirin də dəfələrlə qeyd
etdiyi kimi, 3 ulduzlu hotellərin tikintisi dəstəklənir.
Bakıda son dövrlərdə istifadəyə verilən
belə hotellərin sayı artır. 4 ulduzlu hotellərin
qiymətində də
endirimlər müşahidə
olunur”.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər
Ağakərimov isə
regionların turizm imkanlarının ilbəil
artdığını bildirdi. Onun sözlərinə
görə, turistlər
istirahət üçün
daha çox şimal-şərq (Quba, Qusar, Xaçmaz), şimal-qərb (Şamaxı,
Qəbələ, Şəki,
Zaqatala) və cənub (Lerik, Astara, Masallı) regionuna üstünlük
verirlər. Hər
zona üzrə xidmətlərin qiymətlərinin
fərqləndiyini bildirən
AzTA rəsmisi qeyd etdi ki,
bu il
qiymətlər ötən
illə müqayisədə
nisbətən münasibdir:
“Yemək daxil olmaqla, 25-30 manata bəzi hotellərdə yerləşmək mümkündür.
Xüsusilə Nabran bölgəsində
çeşidli xidmətlər
təklif edən istirahət mərkəzləri
çoxdur”.
AzTA nümayəndəsinin fikrincə,
buna baxmayaraq, turizm obyektlərində təklif edilən yeməklərin qiymətləri
yenə bahadır:
«Biz də tövsiyə
edirik ki, turistlərin daha çox gəlməsi üçün yeməklərin
qiymətləri onların
ciblərinə uyğun
olsun. Bu, turistin
gündəlik xərclərini
də azaldar”. Mütəxəssis deyir ki, turizm obyektlərində əlavə xidmətlərin
təklif edilməsi, müxtəlif ekskursiyaların,
əyləncəli proqramların
təşkili də turist sayını artırmağa zəmin yaradır.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 9.