“Nəfs
tox olarsa, ürək dar olmaz...”
XIX əsrin
sonu - XX əsrin əvvəllərində Göyçə
mahalında Dədə
Ələsgərin saz-söz
süfrəsindən ilham
alanlardan biri də aşıq Nəcəf Bayramov olub. On il böyük ustada şəyirdlik edən Nəcəf aşıq sənətinin
sirlərinə dərindən
yiyələnib, el məclislərinin
başında dayanıb.
Nəcəf Allahverdi oğlu Bayramov 1876-cı ildə Göyçə mahalının
Daşkənd kəndində
dünyaya göz açıb. Ailənin tək övladı
olduğu üçün
atası ona yaxşı təhsil vermək istəyirdi.
Nəcəf molla məktəbində təhsil
almağa başlayır,
az vaxt
ərzində ərəb-fars
dillərində yazıb-oxumağı
öyrənir. Ancaq maddi
çətinlik üzündən
təhsilini yarımçıq
qoyur, atasına köməklik edir.
Araşdırmalardan məlum olur ki, o, erkən vaxtlardan şeirə, musiqiyə böyük maraq göstərir. Qoyun sürüsü arxasınca
yaylaqlara qalxanda güllü-çiçəkli yamaclarda çomağa söykənib “Çoban bayatı”nı oxuyur. Şirin avazı, zil
səsi çoban yoldaşlarını heyran
edir. Çox keçmir, Nəcəf
saz çalmağı
da öyrənir.
Bir gün Dədə Ələsgər onların
kəndinə el şənliyinə
dəvət olunur.
Toyun ikinci günü ustad kəndin ağsaqqalları ilə çay süfrəsi arxasında oturubmuş.
Nəcəfin atası Nağı
bəydən xahiş
edir ki, aşıqdan rüsxət
alsın, Nəcəf
də bir ağız oxusun. Nağı bəy aşıq Ələsgərdən
icazə alır, Nəcəf ilk dəfə
camaatın qarşısına
çıxır və
sazı sinəsinə
basıb məlahətli
bir səslə oxuyur:
Nəfs tox olarsa, ürək dar olmaz,
Zəhmət çəkilməsə, süfrə var olmaz.
Sənət meydanında şəyird
xar olmaz,
Nəcəfəm, ustadı pir ustad olsa.
Nəcəfin ifası Dədə Ələsgərin xoşuna
gəldiyi üçün
onu özünə şəyird götürür. Nəcəf
on il ustada
şəyirdlik edir, onun böyük hörmətini qazanır.
Nəcəfin toyunu da aşıq Ələsgərlə
aşıq Əsəd
edir. Mənbələrdə qeyd olunur ki, toy günü gəlini - Gülüstanı
ata evindən çıxararkən bəyin
əmisi Həzrətqulu
qapını kəsir.
Bildirir ki, aşıq Ələsgər Gülüstana
bir tərif deməsə, qızı verməyəcək. Ustad
aşıq Gülüstana
tərif deyir:
Eşitmişdim, görməmişdim üzünü,
Canlar yaxır süzdürəndə gözünü.
Aşıq Ələsgərəm, deyim düzünü
Doğrudan, Nəcəfə
taydı Gülüstan.
Bir gün Dəli Alının bacısı oğlu Zeynalabdinin toyu imiş. Uzaq-yaxın kənddən toya
gələnlər olur.
Həmin
vaxt kənd yolunda bir karvan
görünür. Baxırlar ki,
sarbanı dəvənin
üstündə yuxu
aparıb. Karvandan da
bir dəvə ayrılıb arxada qalıb. Həmin dəvəyə bir canavar yaxınlaşır.
Camaat nə qədər hay-həşir salırsa, sarban yuxudan ayılmır. Qurd az qalır
ki, dəvəni haqlasın. Bu vaxt Nəcəf bir zil şikəstə oxuyur:
Xabi qəflətdə yatıbsan,
Oyan sarban, dayan
sarban!
Karvanı qurda atıbsan,
Oyan sarban, dayan
sarban!
Aşığın zil səsi sarbanı
diksindirib yuxudan ayıldır. Əvvəlcə səs gələn
tərəfə, sonra
da karvana baxır. Qurd artıq dəvənin
üstünə atılıbmış.
Bu zaman güllə
səsi eşidilir.
Qandal Nağı uzaqdan nişan
alıb qurdu vurur. Beləcə, Nəcəfin səsi
ilə qaçağın
gülləsi dəvəni
xilas edir.
Nəcəf ustad aşıq olmaqla bərabər, həm də ətrafında baş verən ictimai-siyasi proseslərdən kənarda
qalmayıb. Ötən əsrin əvvəllərində
mənfur ermənilərin
torpaqlarımıza göz
dikib, xalqımıza qarşı soyqırımları
törədəndə o, oğlanları
Şəmiddin və Şəmistanla birlikdə
mübarizəyə qatılır,
qanlı döyüşlərin
birində qolundan yaralanır.
Deyilənə görə, aşıq Nəcəfdə öncəgörmə
qabiliyyəti də olub. Aşıq Ələsgərin evində şəyird olduğu günlərdə
gecəyarısı qəflətən
yuxudan ayılır.
Bir ah çəkib ağlayır.
Soruşurlar ki, ay Nəcəf,
nə olub? Niyə ağlayırsan? Nəcəf
yuxusunu belə söyləyir:
Aman Allah, nə yuxudu
görürəm,
Açılacaq nə bəlalar başıma.
Görən, kimsəm köç
eylədi dünyadan,
Töhmət qoydu el-obalar başıma.
“Daşkənd aşıq
və şairləri”
kitabında göstərilir
ki, Nəcəf Bayramovun məlahətli səsi, şeirlərinin təsir gücü onu bütün mahalda məşhur edir. Çox keçmir, Nəcəfin
sənətinin səs-sorağı
Göyçənin hüdudlarını
aşır. O, ustad
bir aşıq kimi Qarabağın, Şirvanın və Borçalının böyük
el şənliklərinə dəvətlər alır.
Qüdrətli aşıq-şairlərlə dostluq edir, tanınmış
sənətkar aşıq
Hüseyn Bozalqanlı
ilə qohum olur.
1910-cu ildə aşıq
Əsədlə birlikdə
Cənubi Azərbaycanda
səfərdə olur. Təbrizdə onlara sənətlərinə
hörmət və ehtiram əlaməti olaraq Xətai sazı bağışlayırlar.
Araşdırıcı Sərraf Şuriyə yazır ki, erməni quldurları bir gün qəflətən
Aşıq Nəcəfi
tuturlar. Ona olmazın əzabını
verirlər. Erməni komandirinin
arvadı ərindən
xahiş edir ki, aşığı öldürməsin. O, naqanını
çıxarıb arvadın
da güllələyir.
Deyir niyə türk aşığının xahişini
edirsən? Nəcəf görür
ki, artıq xilas yolu yoxdur.
Üzünü vətənə
tutaraq bir bayatı oxuyur:
El gəlsin an üstəyəm,
Gedirəm, kan üstəyəm.
Nə çəkilməz dərddi
bu -
Yaram yox, can üstəyəm.
Erməni quldurları aşığın
sazını əlindən
alıb sındırır
və yanan samovara doldururlar. Sonra da qaynar samovarı onun kürəyinə bağlayırlar. Beləcə, görkəmli sənətkar
5 fevral 1919-cu ildə
“Küllü təpə”
deyilən yerdə xüsusi qəddarlıqla
qətlə yetirilir.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 25 iyul.-
S. 15.