Turistlər üçün kosmos muzeyi

 

Tokioda 9 tematik zonadan ibarət kosmos muzeyi yaradılıb. Turistlər kainatın sirlərinə həsr edilmiş yeni muzeyə tamaşa edə biləcəklər. Muzeyin birinci zalında tamaşaçılara bəşəriyyətə məlum olan kainatın antik dövrdən zəmanəmizə qədər inkişafı prosesini nümayiş etdirən unikal üçölçülü xəritələrlə tanış olmaq imkanı təklif ediləcək. Digər zala daxil olanlar Yer planetini sanki kosmosdan müşahidə edəcəklər. Muzeyin oyun zonasında ziyarətçilər “öz əlləri ilə peyk buraxmağı” sınaqdan keçirmək imkanı qazanacaqlar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 25 iyul.- S. 9.